İsrailin İrana hücumu və İran tərəfinin yüksək rütbəli hərbi konmandirlərinin bir- bir qətlə yetirilməsi fonunda İranın ali dini lideri Əli Xameneyinin də öldürüləcəyi ilə bağlı gözləntilər yaranıb.
FED.az xəbər verir ki, İsrailin budəfəki hücumu göstərir ki, məqsəd təkcə İranın nüvə potensialını deyil, həm də ölkənin hərbi-siyasi rəhbərliyinin, indiyədək aparılan siyasətin müəlliflərinin və qərar qəbul edilmə mərkəzlərinin məhvidir.
Baş verənləri fonunda İranın ali dini lideri Əli Xameneyinin də öldürüləcəyi barədə gözləntilər yaranıb.
Bir qədər əvvəl, hələ hərbi əməliyyatlar başlanmadan «The Wall Street Journal» israilli məmura istinadən məlumat vermişdi ki, İsrail rəhbərliyi İranan nüvə proqramının məhvi üçün bütün potensial hədəfləri vurmağa hazırdılar. bura İranın rəhbəri Əli Xamaneyi də aiddir.
İndi isə son 3 gündə baş verənlər göstərir ki, bunu etmək İsrail üçün çətin olmayacaq. Amma eyni zamanda bildirilir ki, ABŞ tərəfi İsrailə Xameneyini aradan götürməyi qadağan edib.
«Reuters»in məlumatına görə, ABŞ prezidenti Donald Tramp İsrailin Xameneyini öldürmək barədə planlarına veto (qadağa) qoyub. «Reuters»in məlumtına görə, İsrail ABŞ-a məlumat verib ki, Xameneyini aradan götürə bilər. Amma Tramp bu planı dəstəkləməyib.
Agentlik bu xəbəri iki mənbəyə əsasən yazıb. Mənbələrdən biri ABŞ prezident adminitrasiyasının yüksək vəzifəli məmurudur. O bildirib ki, nə qədər ki, İranın hərəkətlərindən amerikalılar zərər çəkməyib, Ağ Evdə İran rəhbərliynin təqib edilməsindən söhbət belə getmir.
Bununla yanaşı, İsrail rəhbərliyinin son açıqlaması İrandakı bu mövzu ilə bağlı arxayınlığı korlayıb. Benyamin Netanyahu Fox News-a müsahibəsində Trampın Xameneyi ilə bağlı İsrailə qadağa qoymasını təsdiqləməyib. O bildiriö ki, İsrail öz məqsədlərinə çatmq üçün «nə lazımdırsa edəcək». Baş naziri bildirib ki, indi mətbuatda «əslində olmayan söhbətlər» barədə məlumatlar dolaşır. «Yalnız onu deyə bilərəm ki, nə lazımdırsa edirik, və nə lazım olacaqsa edəcəyik»-baş nazir bildirib.
İsrailin Təhlükəsizlik Şurasının rəhbəri Saxi Xaneqbi də «Trampın vetovu» barədə məlumatları feyk adlandırıb: «Biz xahiş etməmişik (yəni ABŞ-dan icazə istəməmişik) və xahiş etmirik».
Bununla yanaşı, digər məlumatlara görə, İsrail Xameneyiyə dəyməyəcək ki, o nüvə proqramının, uranın zənginləşdirilməsinin dayandırılması barədə əmr verə bilsin.
«İsrailin aviazərbələrinin başlanmasından sonra Xameneyi İsrailin hərbi gücünü və real vəziyyəti görüb nüvə proqramının dayandırılması barədə qərar vermək imkanə əldə edib. İsrailin İranın hər yerinə zərbələri də Xameneyiyə xəbərdarlıqdır ki, o İranda heç bir yerdə təhlükəsizlikdə qala bilməyəcək.
Bu məlumatların fonunda İran dini lideri daha təhdükəsiz yerə köçürülüb. Bu barədə baş ofisi Londonda yerləşən (yəni İran hökumətinə tabe olmayan) Iran International radiosu məlumat yayıb.
Məlumata görə, İsrailin hücumları başlayandan sonra İran rəhbərini Tehranın şimal-şərqində Lavizan şəhərindəki bunkerə köçürüblər. Bildirilir ki, İran rəhbərinin ailə üzvləri də onunla birlikdədir. İstirahət zonası kimi tanınan bu şəhərdə həm də hərbi qarnizon və bəzi məlumatlara görə, nüvə obyekti var.
Digər məlumatlara görə, İsrailin zərbələri başlayandan sonra İran rəhbəri Əfqanıstanla sərhədə yaxın ərazidəki bunkerə köçürülüb.
Londondakı radionun digər xəbərinə görə isə İran rəhbərliyindəki bəzi məmurlar vəziyyət pisləşərsə, ölkəni tərk etmək üçün Rusiya tərəfi ilə danışıqlar aparırlar.