ABŞ və İsrailin İrana hərbi hava hücumları fonunda ölkənin cənub-qərbində yerləşən Xuzistan vilayətinin Mahşəhr rayonunda “Fəcr”, “Recal” və “Əmir-Kəbir” neft-kimya şirkətləri vurulub.
"Axios": ABŞ qırıcısı İranda vuruldu - Müharibə başlayandan ilk dəfə
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu İranın Xuistan vilayəti valisinin müavini Vəliyulla Həyati yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin şirkətlərə 3 raketin atılması qeydə alınıb.
Həyati deyib ki, hadisə bir neçə partlayışın baş verməsi ilə nəticələnib. Hücumda ölən və yaralananların olacağı ehtimal edilir. Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər cəlb olunub. (Trend)













