İran XİN-in mətbuat katibi İsmayıl Bəqai ABŞ-nin endirdiyi zərbələri nəticəsində ölkənin nüvə obyektlərinin "ciddi şəkildə zədələndiyini" təsdiqləyib.
FED.az xəbər verir ki, bu barədə Yaxın Şərq mediası yazır.
"Nüvə obyektlərimiz ciddi şəkildə zədələnib, bu dəqiqdir", - o bildirib.
Mətbuat katibi, həmçinin vurğulayıb ki, indiki şəraitdə Tehranın AEBA ilə münasibətlərini yenidən nəzərdən keçirməsi tamamilə təbiidir. (Report)