Gürcüstanda oktyabrın 4-də keçmirilən bələdiyyə seçkiləri kütləvi iğtişaşlara çevrilib.
FED.az xəbər verir ki, bələdiyyə seçkilərində ölkənin şəhərlərinin merləri, o cümlədən Tbilisi meri seçilib.
Hakim «Gürcü arzusu» partiyasının seçkilərdə öz qələbəsini elan etməsi ilə paytaxtda iğtişaşlar başlayıb.
Etirazçılar prezident administrasiyüasına hücum edib, bir neçəsi içəri keçə bilib, polis isə su vuran və gözyaşardıcı qaz tətbiq edib, bir neçə nəfər xəsarət alıb. Etirazçılar hökumətin istefasını və yenidən Avropaya inteqrasiya kursuna qayıtmağı tələb edirlər.
Baş nazir İrakli Kobaxidze isə müxalifəti ölkə daxilində növbəti «maydan» təşkil etməkdə ittiham edib. Onun sözlərinə görə, müxalifətin «dövlət çevrilişi cəhdi» uğursuzluqla nəticələnib.
Baş nazir xatırladıb ki, bu son 4 ildə müxalifətin hakimiyyəti devirmək üçün 5-ci cəhdidir: «Hakimiyyətin devrilməsi məqsədilə Tbilisidə keçirilən mitinqdə təxminən 5-7 min insan iştirak edib. Onlar hərəkətə keçdilər, amma devrilmə uğursuzluqla nəticələndi».
Ümumiyyətlə baş nazir elan edib ki, «Gürcü arzusu» partiyası hələ 3 il hakimiyyətdə olacaq və «Gürcüstanın tərəfdaşdarı bu reallığı qəbul etməlidirlər».