8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilən razılaşma nəticəsində 2026-cı ildə hərbi eskalasiya demək olar ki, mümkünsüz hala gəlib və sülhün təsis edilməsi ehtimalı artıb.
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.
Hesabatda bildirilib ki, "2026-cı ildə çox güman Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesində, ikitərəfli ticarət və iqtisadi təşəbbüslərdə, cəmiyyətlər arasında dialoqda, humanitar və digər məsələlərdə yeni irəliləyişlər qeydə alınacaq". (Apa)









