ÜDM terminindən ölkə iqtisadiyyatını ölçmək üçün istifadə edirlər. Lakin bu, sizə müəyyən yerdə yaşamağın nəyə bənzəməsi barədə heç bir şey deməyəcəkdir. Elə buna görə də Butan Ümumi Milli Xoşbəxtlik (GNH) anlayışını ölçmək qərarına gəlmişdi.
Ölkə və insanlardan ibarət qeyri-maddi faktorlara müraciət edərək Qellop müntəzəm olaraq Emosiyalar barədə Qlobal Hesabat aparır. 148 ölkədə aparılan araşdırma sakinlərin gün ərzində nə dərəcədə tez-tez mənfi və ya müsbət hislər keçirdiyini göstərməyə yönəlmişdir və nəticədə dünya ölkələrindəki insanların daha çox güldüyü və daha çox qəzəbləndiyi ölkələr təsvir edilmişdir.
Son hesabata əsaslanaraq, Latın Amerikası dünyanın ən emosional ölkəsi kimi qələmə alınmış, İraq, Kamboca və Filippin də ən yaxşı onluğa daxil olmuşdur. Biz yaxşı və pis hislərin yüksək olduğu yerlərdə yaşamağın nə demək olduğunu aydınlaşdırmaq üçün həmin ölkələrdə yaşayan sakinlərlə söhbət aparmışıq. Ən ekspressiv mədəniyyətlərdə yaşayan Boliviya, Qvatemala, İraq, Kamboca və Filippin sakinləri burada yaşamağın nəyə bənzidiyini öz kəlmələri ilə gözəl şəkildə ifadə etmişlər.
Boliviya
Gallop indeksinin ən yüksək yerini tutan Boliviyada sakinlərin 60%-I hər gün müsbət ya da mənfi emosiyalar hiss edir.
Keçən il Sukrada yaşayan mənşəcə Kanadalı Polin Kuçeyrv deyir: “Buradakı insanlar istiqanlı, səmimi, hər şeylə maraqlanan və mehribandırlar. Sakinlərə turistlər çox maraqlı gəlir, sakinlər turistlərə “yuxarıdan aşağı baxmırlar” və əksinə onlara qarşı yaxşı münasibət bəsləyirlər”. Bu vəziyyət öz növbəsində unikal mədəniyyəti yaradır ki, bununla da Boliviyaya tez-tez gələn səyahətçilərin burada həftələrlə, hətta aylarla qalmasına səbəb olur.
Bu hal ölkənin ən təhlükəsiz şəhərlərindən biri olan Sukra üçün səciyyəvidir. Bu şəhərdə barları, restoranları və dil məktəblərini idarə edən çoxsaylı ingilis və almanlardan ibarət kiçik əcnəbilər icması mövcuddur. Kuçeyrv həmçinin qeyd edirdi: “Sukra şəhərini əcnəbilər üçün daha rahat və daha yaxın edən məhz onun Avropa hissi yaşadan koloniya şəhəri olmasıdır”.
Kamboca
Tarixi travma yaşayan Kambocada həmin travmanın izləri hal-hazırda da qalmışdır. Bir çox sakinlər ölkə əhalisinin 20%-dən çoxunun öldürüldüyü Pol Pot və Kxmer Rujanın genosid törətdiyi hökmranlıq dövrünü hələ də xatırlayır. “Kambocalılar çox emosional insan olmalarına baxmayaraq öz həqiqi hislərini gizlədirlər, xüsusilə də yaşlı nəsil bunu böyük məharətlə edir. Təəssüf ki, onlar öz hislərini kənar şəxslərə və ya ictimaiyyətə bildirmir və ya onlar qarşısında ifadə etmir” deyə əslən Pnom Pendən olan “the Blue Lady Blog” müəllifi Kunila Keo bildiribdir.
Bu ağır psixoloji təsirə baxmayaraq şəhərin sakinləri kənar şəxslərə qarşı çox mehriban və qonaqpərvərdirlər. “Olduğum hər yerdə kambocalıların mehriban və xeyirxah olduqlarına görə Kambocanı/Pnompeni sevən insanlarla rastlaşıram” deyə Keo bildirmişdir. O, həmçinin digər millətlərin nümayəndələri ilə müqayisədə kambocalıların asanlıqla daha çox gülümsədiklərini də vurğulamışdır.
Əcnəbilərin çoxu ölkənin cənubi-mərkəz hissəsində yeləşən Pnompenə köçür, ya da şimala 300 km məsafədə yerləşən mehriban icması olan Siem-Rip şəhərinə köçür.
Filippin
Ada ölkəsi olan Filippin Gallop indeksində ən yaxşı beşlikdə yer alan Latın Amerikası ölkələrindən olmayan yeganə ölkədir.
"Filippin və Latın Amerikası mədəniyyətləri arasında müəyyən ümumi xüsusiyyətlər vardır. Əvvəl-axır onların hər ikisi vaxtilə İspaniyanın nəzarəti altında uzun müddət olmuş və bun görə də “emosional” termini hər ikisinə aiddir” deyə Maniladan olan Stiven de Guzman bildirmişdir.
Ölkə və onun mədəniyəti şərq və qərbin unikal birləşməsidir, baxmayaraq ki, həm filippin, həm də ingilis dilləri ölkənin rəsmi dilləridir, burada çoxlu ləhcələr və təsadüfi ispan sözləri də eşitmək olur.
“Emosional olduğumuza görə insanlar, əşyalar və ya hadisələr ilə bağlı mənfi hislərimizi gizlətməyə meylliyik. Biz hislərimizi içimizdə saxlamağa və ya daha pisi bunun barədə digərləri ilə danışıb qiybət etməyə meylliyik. Düşünürəm ki, siz qiybət etmirsinizsə o zaman Filippindən deyilsiniz” deyə Sebu Sitidə RapidVisa şirkətinə işləyən əslən filippinli Ulisis Kebeben bildirmişdir.
Bu ölkənin mədəniyyəti ailə, qonaqpərvərlik və istiqanlılıq üzərində qurulmuşdur. Kebeben deyirdi: “İnsanlar yadlara, xüsusilə də əcnəbilərə qarşı gülərüz və həmişə mehribandırlar”.
Ölkənin ilk paytaxtı olan və mərkəzi adalarda yerləşən Sebu Siti əcnəbilər üçün kommersiya ticarət baxımından və çimərliklərə, eləcə də dağlara yaxın yerləşməsi nöqteyi-nəzərindən məşhur enmə zolağıdır.
Qvatemala
Bu Mərkəzi Amerika ölkəsinin indeksdə və hazırda Qvatemalanın Antiqua şəhərində yaşayan portuqaliyalı bloger Zara Kiroqanın reytinqində ən yüksək yer tutması heç də təəccüblü deyildir.
“Qvatemala əhalisi çox xeyirxah və ekspressiv insanlardır, onlar hətta öz şəxsi həyatlarını belə təfərrüatları ilə tanımadıqları birilə asanlıqla bölüşürlər” deyə bloger bildirmişdir. O, bunu belə təsvir edir: “Bir gün günorta çağı mən Antiquanın küçələrində gəzirdim, bu zaman tekstil satan bir xanımla qarşılaşdım. Xanım mənə öz məhsulunu satmaq üçün yaxınlaşmasına baxmayaraq 30 saniyədən qısa bir müddət keçdikdən sonra onun etdiyi söhbət şəxsi və emosional söhbətə çevrildi”.
Ölkənin emosionallığı həmçinin gündəlik həyatda görünən zəngin rənglərdə də öz əksini tapır; Kiroqa həmçinni qeyd edirdi ki, buradakı dekorasiya və geyim heç də sadə deyildir. Parçalar, geyim tərzi və parlaq rəngə boyanmıış evlər də bunu ifadə edir.
Köçərilər və təqaüdçülərdən ibarət əcnəbilər ölkənin paytaxtından daha təhlükəsiz olan və Qvatemalanın mərkəzi hissəsində yerləşən Antiquada yaşamağa meyllidirlər.
İraq
Dünyada baş verən hadisələr buranın emosional təcrübəsinə təsir edir, ələlxüsus da mənfi indeks tərəfdən. İraqın emosional ölkə olmasını göstərən uzun bir tarixi vardır.
“Ölkə viran qoyulmazdan və dağıdılmazdan əvvəl, yəni 2009-cu ildə mən Suriyaya baş çəkdim və öyrənəndə ki, Suriyalılar qəmgin musiqini “İraq musiqisi” adlandırırlar, buna çox təəccübləndim” deyə əslən İraqın Vavilon şəhərindən olan və San Fransiskoda Weebly şirkətində proqram təminatı üzrə mühəndis işləyən Wael Al-Sallami bildirdi. “Bu ölkənin mədəniyyətində kədərxoşbəxtlikdən çox kök salmışdır”.
Daha çox matəm saxlama ritualları, Səddam Hüseyn hakimiyyətindən irəli gələn qanunlar və xarici müdaxilə kimi faktorlar mürəkkəb və çətin emosiyaların yaranmasına gətirib çıxarmışdır.
“Bütün bunlara baxmayaraq məhz poeziya və gözəl yumor hissi Orta Şərq və Ərəb ölkələrini müəyyən edən aspektlərdir; Misir yumor baxımından əsas yeri tutsa da, İraq ən yüksək poeziya ölkələrindən biri sayıla bilər” deyə Al-Sallami bildirmişdir.
Mənbə: www.bbc.com