«Vaxtım yoxdur», «işlərim çoxdur», «çatdırmıram», «heç vaxtım qalmır» kimi ifadələri əksəriyyətimiz demək olar hər gün işlədirik. Doğrudan da, gərgin qrafiklə işləyənlər üçün bir sıra məsələlərə vaxt ayırmaq, vaxt çatışmazlığı səbəbindən əsl problemə çevrilib. Bu səbəbdən biz idmanla məşğul ola bilmir, xarici dilimizi inkişaf etdirmirik, bəziləri uzun illər planlaşdırdığı kitabını nəinki yazıb bitirə bilmir, hətta buna başlamağa vaxt tapmır.
Amma doğrudanmı bizim boş vaxtımız yoxdur? Gəlin hesablayaq...
Sutkada 24 saat, həftədə 168 saat, ildə 8760 saat var. Əgər sizə sutkada 8 saat yatmaq lazımdırsa, bu il ərzində 2 920 saat edir. Siz həftədə 40 saat işləyirsinizsə, bu ildə təxminən 1960 saat edir.
Deməli, yatmaq və işləmək vaxtlarını çıxanda bizim il ərzində 3880 saat boş vaxtımız qalır.
Əlbəttə fərqi həyat tərzi sürən, fərqli işi və öhdəlikləri, eləcə də evdə öhdəlikləri olan insanlarda bu vaxt fərqlidir. Bəzilərində vaxt daha çox və ya daha az ola bilər. Amma ümumilikdə hər birimizin l ərzində 1000-2000 saat boş vaxtımız qalır.
Amerikada vaxtdan istifadə ilə bağlı aparılan araşdırma göstərir ki, əhalinin hər nəfərinin gün ərzində orta hesabla 5,19 saat və ya il ərzində 1894,35 saat vaxtı var.
Ən çox işlə yüklənən və boş vaxtı az olan təbəqə 6 yaşa qədər uşağı olan işləyən analardır, onların ildə cəmi 1150 saat və ya gün ərzində cəmi 3,15 saat boş vaxtı var.
İndi gəlin baxaq - bu azdır?
Hətta ən sadə hesablamalar da göstərir ki, ildə 1000-2000 saata böyük işlər görmək olar.
Əksəriyyətimiz çoxdan bəri nəzərdə tutduğu işləri həyat keçirmək üçün boş vaxt axtarır, hətta bu vaxtın nə vaxt gələcəyini gözləyir. Amma bu vaxt əslində mövuddur. Deməli bu vaxtı bizə işləməyə məcbur etmək lazımdır.
Biz bu vaxtdan necə istifadə edirik?
Telefonda bir neçə dəqiqə qurdalanmağı, ya da axşam televizorun qarşısında oturub filmləri izləməyi biz o qədər də böyük vax itkisi saymırıq.
Amma bu adət şəklini alıbsa, həmin saatları sadəcə toplamaq lazımdır. Gündə 2 saat filmə sərfə edilən vaxt il ərzində 730 saat və ya illik boş vaxtın 73%-i deməkdir. Bu vaxtı tamamilə fərqli məşğuliyyətə çevirib, daha səmərəli xərcləmək olar.
Bəs bu vaxtı nəyə sərf etmək olar?
İnsanlar adətən qarşılarına vaxt tələb edən müxtəlif məqsədlər qoyurlar: yeni dil öyrənmək, idmanla məşğul olmaq, hətta kitab, yaxud elmi iş yazmaq və sair.
aBŞ Dövlət Departamentinin xarici dillərin öyrənilməsi proqramına əsasən, ingilis dilli insanlar qohum dilləri, məsələn fransız, ispan və danimarka dilini öyrənək üçün 600-750 saat məşğul olmalıdır.
Marafon kimi yarışa hazırlaşmaq üçün isə 16 həftə ərzində, hər həftə 10 saat, yəni ümumilikdə cəmi 160 saat vaxt lazımdır.
ABŞ-da roman yazanların əksəriyyəti 30 gün ərzində gündə təqribən 3 saat vaxt ərf etməklə edə bilirlər (söhbət 50 min sözlük romandan gedir).
Yəni, kobud hesablasaq, 90 saata bir romanın azı qaralamasını yazmaq olar. Lap onun redaktəsi hətta iki qat artıq vaxt aparsa da, bu o qədər də böyük vaxt deyil.
Əlbəttə bütün udeyilənlər sırf nəzəri şəkildədir və onu reallaşdırmaq üçün bəzi məsələlər həll edilməidir. Məsələn, nəzəri cəhətdən vaxtımız olsa da, həftədə bir gün 3 saatlıq qaçış planının yerinə yetirmək bizə asan deyil. Amma hesablama da göstərdi ki, hətta tam məşğul şəxs də il ərzində bir xarici dili lazımi şəkildə öyrənə bilər. Eləcə də marafona hazırlaşa və ya elmi iş yaza bilər.
Böyük hədəflər məqsədyönlü olmağı, toparlanmağı tələb edir.
Yaşadığımız ilə bütöv baxın və öz hədəflərinizi müəyyən edin. Vaxtı düzgün idarə etməklə həmin hədəflərə çatmaq çətin olmayacaq.