BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.
“Ümid-Babək”in rəhbəri “Azneft” İB-nin baş direktoru - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.
Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb. (Report)