Azərbaycanlı gəncdən Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün gözəl addım!
FED.az məlumat verir ki, Kənan Səlimovun ''Dağlıq Qarabağdakı uşaqların taleyi'' mövzusunda məqaləsi dünyadakı ən önəmli hərbi konfliktlər sırasında Budapeştdə fəaliyyət göstərən məşhur ICRP (Institute for Cultural Relations Policy) təşkilatının beynəlxalq əhəmiyyətli kitabında yayımlandı.
Eləcə də bax: Palata Qarabağda beynəlxalq kart əməliyyatlarının - QARŞISINI ALIB
Kənan Səlimov Avropada təhsil alan və Azərbaycanın dünyada tanıdılması üçün çalışan gənclərimizdən biridir. Həmyerlimiz bakalavr təhsilini Azərbaycanda almış, magistr təhsilini İtaliyanın Bolonya və Finlandiyanın Tampere universitetlərində davam etdirmişdir. Həmçinin Norveçin İnland Universitetində təhsilini davam etdirmək üçün Erasmus təqaüdünü qazanmışdır.
Təhsil aldığı dövrdə 20-dən artıq ölkədə beynəlxalq layihələrin iştirakçısı olan Kənan bu dövrdə Ermənistan da daxil olmaqla altı ölkədə təşkilatı olan Lorinz Andraş adlı macarıstanlı professordan iş təklifi almışdır. Macarıstanda işlədiyi dövrdə beynəlxalq əhəmiyyətli kitabda Suriya münaqişəsinin işıqlandırılması Kənana tapşırılıb. Lakin o, bundan imtina edərək uzunmüddətli təkidlərdən sonra Dağlıq Qarabağ mövzusunda məqaləni həmin kitaba daxil etdirməyə nail olmuşdur.
Həmin məqalədə Dağlıq Qarabağ münaqişəsində Azərbaycan xalqının itkiləri və Ermənistanın təcavüzkar siyasəti vurğulanıb.
Eyni zamanda dünyanın aparıcı təşkilatlarının Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması xüsusi qeyd olunub, həmçinin Ermənistanın dövlət səviyyəsində Qarabağı Azərbaycan ərazisi kimi tanımasına diqqət ayrılıb və əhəmiyyətli istinadlarla sübut edilib.
1 milyondan artıq azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsi diqqətə çatdırılıb. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə geniş yer ayrılıb.
Bundan başqa Dağlıq Qarabağda həmin dövrdə yaşayan azyaşlıların hazırda da müharibənin fəsadlarından əziyyət çəkməsi, onların ailəsini və yaxınlarını itirməsi, həmçinin bir çox insan hüquqlarından məhrum olması göstərilib.
Eyni zamanda məktəb və məktəbəqədər təhsil ocaqlarının dağıdılması nəticəsində minlərlə Azərbaycanlı azyaşlının təhsil almaq hüquqlarınından da məhrum olması xüsusi qeyd olunub. Bildirilib ki, faciədən sonra dünyaya gələn uşaqlar da keçid dövründə problemlərlə üz-üzə qalıblar.
Məqalədə keçid dövründən sonrakı mərhələdə Azərbaycan hakimiyyətinin gördüyü əhəmiyyətli işlərdən də danışılıb.
Qeyd edək ki, ''Children in Armed Conflict'' adlı kitaba cəmi 8 dünya əhəmiyyətli konflikt əlavə olunub.
big