Azərbaycan-Türkiyə İş Adamları Birliyi aztəminatlı ailələrə maddi dəstək olmaq, onların Ramazan bayramını müvafiq şəkildə qeyd etmələrinə vəsilə olmaq məqsədilə bu il də ənənəvi “Bayram sovqatı” kampaniyasını həyata keçirib.
FED.az xəbər verir ki, kampaniya çərçivəsində 17-19 Mart 2026-cı il tarixlərində Sumqayıt şəhəri və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan imkansız ailələrə, o cümlədən Leykemiyadan əziyyət çəkən uşaqların ailələrinə ərzaq qutuları paylanılmışdır.
Kampaniyanın həyata keçirilməsində göstərdikləri dəstəyə görə Sumqayıt Şəhəri İcra Hakimiyyəti Aparatı, Sabunçu Rayonu İcra Hakimiyyəti Aparatı və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin kollektivinə təşəkkürümüzü bildiririk.



![ATİB aztəminatlı ailələrə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4568047.jpeg)
![ATİB aztəminatlı ailələrə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1903158.jpeg)
![ATİB aztəminatlı ailələrə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2156360.jpeg)
![ATİB aztəminatlı ailələrə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3236264.jpeg)
![ATİB aztəminatlı ailələrə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1393540.jpeg)
![ATİB aztəminatlı ailələrə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1632939.jpeg)
![ATİB aztəminatlı ailələrə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/286290.jpeg)
![ATİB aztəminatlı ailələrə dəstəyini davam etdirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1619117.jpeg)








