Azərbaycanda kommunal xidmət göstərən qurumların ən ciddi problemlərindən biri debitor borclardır.
"Qaz limiti"ni suya da tətbiq edəcəklər, çox su işlədən baha qiymət ödəyəcək - YENİ QANUN
FED.az xəbər verir ki, bunu “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı deyib.
O bildirib ki, il ərzində təqdim edilən xidmətlərin 94–95 faizi üzrə ödənişlər toplanır: “Amma müəyyən hissə ödənilmir. Burada əsasən qeyri-əhali sektorundan söhbət gedir. İstər “Azərsu”, istər “Azərişıq”, istərsə də digər xidmət qurumları təsərrüfat subyektləri kimi fəaliyyət göstərir. Biz əməkhaqqı, sosial ayırmalar, vergilər və digər xərcləri vaxtında ödəməliyik”.
O qeyd edib ki, bəzi hallarda dövlət qurumları ilə xidmət təşkilatları arasında ödənişlərlə bağlı anlaşılmazlıqlar yaşanır: “Su Bakıya sadəcə olaraq axıb gəlmir, onu çatdırmaq, təmizləmək, paylamaq üçün ciddi vəsait tələb olunur. Biz bu vəsaiti yığmalıyıq ki, həmin xidmətin dəyərini ödəyə bilək”.
“Borc hər halda borcdur və qanunvericiliyin tələblərinə uyğun olaraq, 3 ildən sonra iddia müddəti keçsə də, bu, onun borc olduğu faktını dəyişmir. Borcun hüquqi və ya maliyyə statusundan asılı olmayaraq, onun ödənilməsi üçün yollar var. Biz xidmət göstərdiyimiz iri şəhərlərdə və sahibkarlıq subyektlərində anlayışlı yanaşma gözləyirik. Kəsilmiş fakturalar üzrə vaxtında ödənişlərin aparılması vacibdir”, - deyə o, əlavə edib. (Apa)