21 iyul 2019 18:02

Türkmənistan prezidentinin – VƏFATI XƏBƏRİ YAYILDI

Türkmənistan prezidenti Qurbunqulu Berdımuhəmmədovun ölüm xəbəri yayılıb.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə politoloq, Avrasiya problemlərinin monitorinqi mərkəzinin direktoru Aslan Rubaev «Qovorit Moskva» radiostansiyasına bildirib.
O bildirib ki, bu barədə türkmən biznesmenlərindən xəbər alıb. Onların sözlərinə görə, prezident tətildə olduğu zaman vəfat edib.
Bildirilir ki, Qurbanqulı Berdımuhəmmədov iyulun 15-də tətilə çıxıb.
Türkmənistan prezidentinin ölümü barədə ərəb ölkələrinin həyatını işıqlandıran Teleqram kanallarından biri də xəbər yayıb. Yerli müxalifət Youtube-kanalı isə xəbər verir ki, prezident iyulun 20-də vəfat edib. Ölüm səbəbi kimi kəskin böyrək çatışmamazlığı göstərilir. 
Hələlik bu məlumatın rəsmi təsdiqi və ya təkzibi yoxdur.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə anadan olub. O, 1995—1997 illərdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri vəzifəsində çalışıb. 1997-ci ildə isə ölkənin Səhiyyə və Tibb Sənayesi naziri təyin edilib. 2001-ci ildə isə Nazirlər Komitəsinin sədrinin müavini olub. 
Türkmənistanın birinci Prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dövlət Şurasının qərarı ilə Prezidentin səlahiyyətlərini icra edib. 
11 fevral 2007-ci il tarixində keçirilmiş prezident seçkilərində 89,23 faiz səslə qalib olub. O, 2017-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 97,69 faizinin  səsini toplayaraq yenidən prezident seçilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz