Hansısa mükəmməl iş barədə gözəl bir ideyanız var? O zaman onun nə qədər uğurlu olacağını düşünmənizə və əmin olmanıza baxmayaraq, məsləhət görürük ki, ilk növbədə həmin ideyanızı sınaqdan keçirəsiniz. Bu, sizə kömək edəcək ki, bazar tələbatına uyğunlaşasınız və işinizdə daha əmin olasınız.
İdeyanızı reallaşdırmağa başlamazdan əvvəl doğurdan da sizin təklif edəcəyiniz fikir və ya məhsulun tələbata uyğun olub-olmadığını, bazarda ona ehtiyacın olub-olmadığını və ümumiyyətlə, müştəri istəyinə uyğun olub-olmadığını müəyyənləşdirməniz şərtdir. Sizdə əminlik hissi yaratmaq üçün və məhsulunuzun doğurdan da tələblərə uyğun olduğuna əmin olmanızı təmin etməkdən ötrü atacağınız 6 addım sizə çox kömək ola bilər. Həmin addımlar aşağıdakılardır:

- Birincisi, gözləyin. Sonra prototip qurun və ya xidməti test edin.
Siz öz ideyanızla bağlı nə qədər həyəcanlı olursunuzsa olun, onu sınaqdan keçirməzdən əvvəl bir az gözləməlisiniz. Biznes-plan qurmağa tələsməyin, bir neçə həftə gözləyin və hansı ideyaları həqiqətən reallaşdırmağa dəyər deyə düşünün. Vençur kapitalisti və seriya sahibkarı Qreq İzenberq qeyd etmişdir ki, uğurlu fikirlər həqiqətən də içdən yanaraq can atdığınız və həqiqətən də onun dünyaya gərəkdiyini düşündüyünüz ideyalardır.
İzenberq həmçinin vurğulamışdır ki, biznes ideyanızı sınaqdan keçirdikdən sonra ən yaxşı üsul onun prototipini qurmaq və bir neçə rəy almaqdan ötrü onu insanlara göstərməyinizdir.
İzenberq həmçinin vurğulamışdır ki, biznes ideyanızı sınaqdan keçirdikdən sonra ən yaxşı üsul onun prototipini qurmaq və bir neçə rəy almaqdan ötrü onu insanlara göstərməyinizdir.
- Minimum səmərəli məhsul (MVP) yaradın.
Minimum səmərəli məhsul və ya MVP “sizin əslində məhsul kimi sata biləcəyiniz ideyanızın sadə formasıdır” deyə, Silikon Vadisində olan sahibkar və “The Lean Startup (Minimallaşdırılmış Yeni Şirkət)” müəllifi Erik Ris bildirmişdir.
- İdeyanızı tənqidçilər qrupu ilə bölüşün və onlar arasında sınaqdan keçirin.
İlk prototipiniz hazır olduqda və ya hazır xidməti sınaqdan keçirdikdə, hədəf olaraq seçdiyiniz potensial müştərilər qrupuna onu təklif edin.
Heç olmasa, ən azı 50 potensial müştərinizlə bu barədə danışın və ya onlar arasında sorğu aparın. Başqa sözlə, təklif edəcəyiniz məhsulun və ya xidmətin sizin hədəfləndiyiniz bazarda çoxları üçün zəruri və kritik olub-olmadığını sorğular yolu ilə aydınlaşdırmağa çalışın.

- İdeyanızın seçdiyiniz sınaq bazarına, potensial hədəf auditoriyasına uyğun olduğunu yoxlayın.
Bunun üçün internetdə video tətbiq (applikasiya) yaradan Ayzenberq özü ilə həmfikir olan qrup toplamış və öz potensial hədəf auditoriyasının fikrini öyrənmək üçün öz komandası ilə birgə kollec kampuslarına yola düşmüş, yaradacaqları məhsulun maketlərini kollec kampuslarına gedərək oradakı potensial müştərilərinə, yəni tələbələrə göstərmişdir. Məlum olmuşdur ki, tələbələr həmin tətbiqdən istifadə edə bilməmiş və öz sevimli videolarını orada tapa bilməmişlər.
Sonra Ayzenberq tələbələrdən bununla bağlı rəylər almış və ideyanın üzərində bu rəyləri tətbiq edərək ideyanı yenidən daha da təkmilləşdirərək işləyib hazırlamışdır.
Sonra Ayzenberq tələbələrdən bununla bağlı rəylər almış və ideyanın üzərində bu rəyləri tətbiq edərək ideyanı yenidən daha da təkmilləşdirərək işləyib hazırlamışdır.
- Potensial müştərilərin məhsul barədə daha ətraflı məlumat ala biləcəkləri veb-sayt yaradın.
Məhsulunuzu və ya biznesinizi artıq reallaşdırmağa başladıqda, hədəf bazarında onun barədə məlumat yerləşdirməniz və ya onu dostlara göstərməniz şərtdir. Buna görə sizin veb-sayt kimi məlumatlarla zəngin olacaq yerə ehtiyacınız vardır. Adi veb-saytın yaradılması və sosial mediadan istifadə edilməsi sizin satdığınız məhsula nə qədər adamın maraq göstərdiyinə nəzarət etmək və məlumatları təmin etmək üçün ideal vasitələrdir. Bu da sizə məhsulunuzun nə dərəcədə tələbə uyğun olduğunu ən azı baxış saylarına əsasən müəyyənləşdirməniz üçün gözəl imkan yaradacaqdır.
- Marketinq planınızı yaradın və ondan istifadə edin.
Vəzifələrinizi və tapşırıqlarınızı vaxtında icra etmirsinizsə, o zaman bütün bu hazırlıq işlərini görməyin heç bir anlamı yoxdur.
Unutmayın ki, səmərəli məhsul yaratdıqda ona qarşı digərlərində maraq da oyatmalısınız.
Həm öz startapları, həm də digər bir çox startaplarla işləyən marketinq və satış strategiyaları üzrə sahibkar məsləhətçisi Ryan Clements IvyExec-dəki bloqunda yazaraq bildirmişdi ki, o, 100 / 1000 adlandırdığı qaydadan istifadə etməyi xoşlayır. Bu qayda belədir: məhsulu bazarda təqdim etməyiniz üçün lazım olan 100 şeyin siyahısını tutun, sonra 100 kateqoriyadan ibarət həmin siyahını icra etməyə çalışın və bu proses zamanı məhsul barədə 1000 nəfərlə danışın. Bunu etsəniz, o zaman məhsulunuz barədə məlumatlar əldə etmiş olacaqsınız. Bundan sonra məhsulunuza kimin daha çox marağının olduğunu, hansı marketinq strategiyalarının işləyib-işləmədiyini, onları necə inkişaf etdirməli olacağınızı biləcəksiniz. Bu da sizin ideyanız və biznesiniz üçün çox qiymətli və dəyərli olan addımları atmağınıza kömək edəcəkdir.
Mənbə: www.businessnewsdaily.com