2023-cü ilin yanvar-sentyabr aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $161 milyon məbləğində ixrac həyata keçirilib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2022-ci ilin yanvar-avqust aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın dəyəri $189,9 milyon təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə bu göstərici 15,2% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, yanvar ayında bu göstərici $9,8 milyon, fevralda $13,6 milyon, martda $17,5 milyon, apreldə $24,6 milyon, mayda $9,7 milyon, iyunda $16,9 milyon, iyulda $22,6 milyon, avqustda $14,7 milyon, sentyabrda $31,6 milyon (2023-cü ildə ən yüksək aylıq göstəricidir - İF) təşkil edib.
2022-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $269,7 milyon məbləğində ixrac həyata keçirilib (2021-ci illə müqayisədə artım 14,7%).
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb (İnterfaks Azərbaycan)