Azərbaycan şirkəti öz xarici partnyorunun tələbi ilə müflis elan ediləcək.
FED.az xəbər verir ki, söhbət "Belarus Şirniyyatlari" MMC-dən gedir.
Belə ki, Belarusun “Krasniy Pişevik” Açıq Səhmdar Cəmiyyəti, hansı ki, Belarus Respublikasının Mogilyovskaya vilayətinin Bobruysk şəhərində yerləşir, Azərbaycanda kreditlə mal verdiyi «Belarus Şirniyyatları» MMC-nin müflis olması tələbi ilə məhkəməyə müraciət edib.
Qeyd edək ki, «Belarus Şirniyyatlari” MMC-nin hüquqi ünvanı Bakının Nardaran qəsəbəsində yerləşir.
Belarus şirkətinin iddiasında, «Belarus Şirniyyatlari” MMC-nin müflis olması ilə yanaşı, Həsənov Mahir Samir oğlunun əmlak inzibatçısı təyin edilməsi tələbi də yer alıb.
Şirkət bu tələblə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4669/2023 saylı həmin işin məhkəmə baxış iclası 06.11.2023-cü il tarixə, saat 10:50-yə Bakı Kommersiya Məhkəməsinin inzibati binasına (zal 7) təyin edilmişdir.
Hələ bu işə baxılmamış, “Belarus Şirniyyatlari” MMC elan edib ki, şirkətin kreditorları borclu hüquqi şəxsə qarşı tələblərini bildirə bilərlər.