“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” su təchizatı sistemlərinin tikintisi üçün tenderin qalibini müəyyən edib.
FED.az xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxs tərəfindən Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi məqsədilə açıq tender keçirilib.
Tenderin qalibi “RAMCO” Qapalı Səhmdar Cəmiyyəti olub.
Müqavilənin məbləği 6 milyon 889 min 036 manat 98 qəpik təşkil edir. Layihənin ehtimal olunan qiyməti isə 11 milyon 621 min 017,60 manat idi.
Şirkətin ümumilikdə udduğu tenderlər aşağıdakılardır:
|
Satınalan Təşkilatın Adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
1 |
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi |
Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi |
6 889 036,98 |
04.11.2025 |
|
2 |
Masalli Rayon İcra Hakimiyyəti Başçisinin Masalli Şəhər Üzrə Nümayəndəliyi |
Masallı şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması |
978 270,29 |
17.11.2024 |
|
3 |
Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti |
Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntü |
1 296 436,17 |
22.10.2024 |
|
4 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi |
Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü və şaquli planlaşdırma işlərinin satın alınması |
2 003 463,57 |
06.12.2023 |
|
5 |
“Qarabağ Dirçəliş Fondu” Publik Hüquqi Şəxsi |
İşğaldan azad edilmiş ərazilərdə (Füzuli rayonu) yerləşən sahənin tikili qalıqlarından, təbii, məişət, inşaat və digər tullantılardan təmizlənməsi, onların daşınması və ərazinin hasara alınması işlərinin satın alınması |
584 500,5 |
28.09.2023 |
|
6 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi |
Ağdam rayonu, Sarıcalı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işlərinin satın alınması |
680 612,36 |
13.07.2023 |
|
7 |
Kənd Təsərrüfatı Nazirliyi |
Salyan rayonu pambıqkənd kəndinin ərazisində yerləşən Pambıq emalı sexinin xarici elektrik təchizatı |
39 994,92 |
10.11.2021 |
|
8 |
Kənd Təsərrüfatı Nazirliyi |
Əkinçilik ETİ-nin Tərtər Bölgə Təcrübə Stansiyasında sahədaxili kommunikasiya xətlərinin çəkilməsi və əlavə tikinti-quraşdırma işlərinin görülməsi |
225 917,72 |
22.09.2021 |
|
9 |
Kənd Təsərrüfatı Nazirliyi |
Salyan rayonu pambıqkənd kəndinin ərazisində Pambıq emalı sexinə giriş-çıxış yolunun çəkilməsi |
284.799,61 |
23.08.2021 |
|
10 |
Kənd Təsərrüfatı Nazirliyi |
Əkinçilik ETİ-nin Tərtər Bölgə Təcrübə Stansiyasında təmir və abadlıq işlərinin aparılması |
179 789,7 |
30.06.2021 |
|
11 |
Kənd Təsərrüfatı Nazirliyi |
Əkinçilik ETİ-nin Cəlilabad Bölgə Təcrübə Stansiyasının xariciı elektrik təchizatı |
27 699,85 |
18.05.2021 |
|
12 |
Kənd Təsərrüfatı Nazirliyi |
Əkinçilik ETİ-nin Tərtər Bölgə Təcrübə Stansiyasının xarici elektrik təchizatı |
24 399,33 |
18.05.2021 |
|
13 |
Kənd Təsərrüfatı Nazirliyi |
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında hasarın çəkilişi və yaşıllıq işlərinin aparılması |
189 769,06 |
13.11.2020 |
|
14 |
Maliyyə Nazirliyi |
Maliyyə Nazirliyinin inzibati binasında cari təmir işlərinin aparılmasının satın alınması |
273 559,54 |
29.10.2019 |
Qeyd edək ki, “Ramco” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2.000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rövşən Abdullayev Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35A, mənzil 40-da yerləşir.













