“Naxçıvan Yol Təchizat” MMC avtomobil yollarının təmiri üzrə tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, “Naxçıvan şəhəri, Culfa rayonu, Şərur rayonu və Babək rayonu ərazisində yerləşən bəzi qəsəbə və kənd daxili avtomobil yollarının əsaslı təmir işlərinin satınalınması” ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub.
Qalib “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialı olub.
Qalib şirkətə 22 milyon 850 min 194,66 manat ödəniləcək.
Bu şirkətin qalib gəldiyi ilk tenderdir.