ABŞ prezidenti Donald Tramp dərman qiymətlərini azaltmaq məqsədilə ilk prezidentlik dövründə təklif etdiyi “Ən Üstün Millət” (Most Favored Nation) siyasətini yenidən gündəmə gətirib.
ABŞ və Çin tarifləri kəskin azaldır - DETALLAR
FED.az xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edərək, yeni fərmanla bəzi dərmanların qiymətini dərhal 30-80% arasında azaldacağını bildirib. Bu yanaşma, ABŞ-ın dərmanlar üçün dünyanın ən ucuz qiymət ödəyən ölkəsi ilə eyni qiymət ödəməsini nəzərdə tutur.
Sözügedən siyasət 2020-ci ildə qəbul edilsə də, məhkəmələr tərəfindən bloklanmış və 2021-ci ildə prezident Co Bayden tərəfindən ləğv edilmişdi. Yeni fərmanın konkret olaraq hansı dərmanlara və ya ödəmə növlərinə aid olacağı isə hələ dəqiq deyil. Ekspertlər siyasətin düzgün tətbiq olunacağı təqdirdə Medicare və sığorta olunanlar üçün qənaət gətirə biləcəyini, lakin dərmanlara çıxış imkanlarını da məhdudlaşdıra biləcəyini bildirirlər.
Tramp administrasiyası eyni zamanda dərman idxalına tariflər tətbiq etməyi planlaşdırır. Bu isə, xüsusilə generik dərmanlar üzrə qıtlıq riski yarada və əksinə, qiymətlərin qalxmasına səbəb ola bilər. Siyasət dərman sənayesi tərəfindən ciddi tənqid olunub və əvvəlki cəhdlər kimi hüquqi əngəllərlə üzləşə bilər.