Supermarket alış-verişi insanlar üçün çox vaxt əyləncəlidir. İllərdi ki, hər birimiz televizorda və ya supermarketlərdə ağzına qədər dolu araba ilə gəzən insanlar gördükdə həvəslənir, eynisini həyata keçirmək istəyirik. Lakin beynimizdə planladığımızdan daha çox alış-veriş edib, daha artıq pul xərcləmək bizim səhvimizdir?, yoxsa supermarketlərin hiylələridir? Hər ikisi. Budur supermarket hiyələrinin bəziləri...
- Aparılan müşahidələr göstərir ki, müştərilər supermarketə giriş etdikdən sonra ilk olaraq sola baxır və daha sonra sağ tərəfə irəliləyir. Bu səbəblə də supermarketlərdə 2 özəl sistem hazırlanır. Bunlardan birincisinə, əsasən sağ tərəfdə meyvə və tərəvəzlər yerləşdirilir. Bu hiyləyə görə, siz supermarketdə başqa məhsulların da təzə olduğuna inanırsınız. Digər hiylə isə alış-veriş səbətlərini o istiqamətdə qoyub sizi aksiona yönəltməkdir.
- Supermarketlərdə bir nüans gözdən qaçmaz ki, bu da marketlərdə heç vaxt pəncərələrin olmamasıdır. Bunun əsas məqsədi müştərinin marketdə uzun müddət qalmağını təmin etmək, market daxilində keçirdiyi vaxtdan bir növ bixəbər olmasını təşkil eməkdir.
- Bundan başqa marketlərdə daima musiqilərin verilməsi özü də xüsusi taktikadır ki, müştərilərin enerjisini qaldırmağı təmin edir.
- Supermarketdə hara çevrilsəniz labirintə düşmüş kimi hiss edəcəksiniz. Burada əsas hiylə hara dönürsüzsə dönün orada məhsul görüb labirintə düşməkdən ibarətdir ki, bu da sizi market daxilində daha çox qalmağa məcbur edəcəkdir.
- Gündəlik lazımlı məhsullar adətən rahat tapılmasın deyə marketin ən sonuna qoyulur. Buradakı hiylə çox açıqdır. Belə ki, marketin ən sonuna gedib lazımlı məhsulu alanadək daha çox məhsul görüb alma ehtimalınızı artırmaq məqsədilə bu proses həyata keçirilir.
- Müştərilərə duyğusal təsir etmək ən populyar market hiylələrindəndir. Belə ki, yuyucu vasitələrin yanından keçərkən hiss olunan təmizlik qoxusu, səhər bişən çörəklərin iştah açan qoxusu və s. bu kimi hiylələr çox böyük effekt yaradır.
- Alış-veriş səbətlərinin çox böyük olması insan şüuruna birbaşa təsir edən faktorlardandır. Belə ki, bu səbətlərdən istifadə etdikdə nə qədər məhsul götürsənizdə dolmur, sanki “hələ heçnə almamısan” deyir.
- Adətən göz önündə olan məhsullar bahalı məhsullar sayılır. Ekspertlərin araşdırmalarına görə, dünyada qəbul edilmiş bir satın almaq boy standartı vardır - 1.60. Göz önü sayılan bu hündürlükdə öz məhsullarını yerləşdirmək üçün markalar yarışır. Çünki müştərilər məhz bu yüksəklikdən baxdıqda gördükləri məhsulu almaq ehtimalı çox yüksəkdir. Həmin yüksəklikdə öz məhsullarını yerləşdirmək üçün markalar əlavə məbləğ ödəyirlər.
- Olmayan endirimlər, əlavə kuponlar müştərilərin daha çox alış-veriş etməyinə gətirib çıxarır. Supermarketlərdə çox az miqdarda endirimi olan məhsullar olsa da onların sayı çoxdur. Buradakı hiylə müştərilərdə daha ucuz düşüncəsi yaradaraq daha çox məhsul satmaqdır.
- Supermarketlərdəki digər hiylə kişi və qadın məhsullarının müxtəlif tərzdə yerləşdirilməsidir. Qadınlara məxsus məhsulların göz önündə qoyulduğu halda, kişi məhsulları daha yuxarı rəflərdə düzülür və o məhsullar daha bahalı olur. Səbəb isə kişilərin qadınlarla müqayisədə daha çox pul xərcləməyə meyilli olmalarıdır.
- Bütün alış-veriş bitdikdən sonra, bütün oyunlardan keçdikdən sonra nəhayət kassa yanındakı rəngli fast-foodlar, çərəzlər (saqqız, şokolad, jelibom və s) gözə sataşır. Adətən bu məhsullar aşağı rəflərə qoyulur ki, uşaqların boyu çatıb götürə bilsinlər.
Mövcud supermarket hiylələrinə aldanmamaq qeyri-mümkündür. Lakin ekspertlərin fikrincə, müəyyən proseslər müştərilər tərəfindən həyata keçirilərsə qismən hiylələrlə başa çıxmaq mümkündür.
1. Həftəlik alış-veriş etmək. Ekspertlərə görə bu tərz alış-verış daha ekonomikdir.
2. Hər aşağı qiymətli məhsulun ucuz olmadığını qəbul etmək. Daha aydın nəzərdən keçirdikdə görünür ki, belə məhsullar marka məhsullardından çox az fərqlə ucuzdur, lakin keyfiyyətcə qat-qat aşağı səviyyədədirlər.
3. Həmişə eyni məhsul istifadə etməmək. Belə ki, yeni yaradılmış məhsulun qiymət, keyfiyyət, tərz baxımından sizə daha uyğun olmaq ehtimalı vardır, bunu dəyərləndirin.
4. Son istifadə tarixinə diqqət etmək. Alcağınız məhsulu həmişə yaxından incələyin əsasən də, ön sıralarda həmişə son istifadə tarixi yaxınlaşan məhsullar olduğu halda arxa cərgələrdə daha təzə məhsullar yerləşdirilir.
5. Marketlərin sizi aldatmağına icazə verməyin. Belə ki, alış-veriş edib kassaya yaxınlaşdıqda orda olan cürbəcür aksiyalara, kampaniyalara aldanmayın. Düşünün ki, bu mənə həqiqətən də lazımdırmı? Unutmayın bu kimi müştəri cəlb etmə hiylələri çox professional və ağıllı insanlar tərəfindən hazırlanır.