Son on ildə qadın liderlər qlobal iqtisadiyyatı formalaşdıran iqtisadi qurumlarda söz sahibi olmağa başlayıblar
FED.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi, Beynəlxalq Valyuta Fondu (BVF), Avropa Mərkəzi Bankı (ECB) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi kişilərin üstünlük təşkil etdiyi təşkilatlarda qadınlar, verdikləri qərarlarla qlobal iqtisadiyyatı istiqamətləndirirlər.
Federal Rezerv Sisteminin (FED) ilk qadın prezidenti Janet Yellen, Amerika siyasi tarixində bir ilkə imza ataraq, 2021-ci ilin yanvarında ABŞ-ın ilk qadın xəzinə naziri oldu.
IMF-nin ilk qadın sədri olan Fransız əsilli Christine Lagarde, səkkiz illik rəhbərlikdən sonra 2019-cu ildə Avropa Mərkəzi Bankının ilk qadın prezidenti vəzifəsinə başladı.
Bolqar iqtisadçı Kristalina Georgieva, Lagarde tərəfindən boşaldılmış yeri doldurdu. Georgievanın BVF-də inkişaf etməkdə olan bir ölkədən gələn ilk lider olduğu üçün qurumda xüsusi bir əhəmiyyətə sahib olduğu bilinir. 2021-ci ildə çoxtərəfli ticarət sisteminin qanuni və institusional orqanı olan ÜTT-nin ilk qadın və Afrika mənşəli baş direktoru Nigeriyalı Ngozi Okonjo-Iveala'nın təyin edilməsi ilə qadın liderlərin sırasına daha bir nəfər qoşuldu.
Bəs dünya iqtisadiyyatında qadınların iştirak nisbəti hansı səviyyədədir?
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Münasibətlər Departamenti (BMT DESA) tərəfindən 2020-ci ildə yayımlanan "İqtisadi Gücləndirmə" hesabatına görə, dünya miqyasında kişilərin 75%-i əmək bazarında iştirak edərkən, qadınlarda bu nisbət yalnız 50% təşkil edir. Digər tərəfdən, Cənubi Asiya, Şimali Afrika və Qərbi Asiyada yaşayan qadınlar əmək bazarında 30%-də iştirak nisbətinə sahibdirlər ki, bu da dünya ortalamasından aşağıdır.
Hesabatda bildirilir ki, dünyanın əmək bazarında qadınların payı onların tək, evli və uşaq sahibi olmasından asılı olaraq dəyişir. Məsələn, subay qadınların məşğulluq nisbəti 82%, evli qadınların məşğulluq nisbətinin 64%, ən az bir uşağı olan qadınların məşğulluq nisbətinin 48% olduğu ifadə edilib.
Dünyada qadınların yalnız 28 faizi rəhbər vəzifələrdədir
BMT-nin DESA-nın "Qadınlar İdarə Vəziyyətində 2020" adlı başqa bir hesabatı göstərir ki, dünyada rəhbər vəzifələrin yalnız 28%-ni qadınlar tutur. Şimali Afrika, Qərbi Asiya və Orta və Cənubi Asiya ölkələrində bu nisbət cəmi 13% təşkil edir.
Dünya Bankının apardığı bir anketə istinad edən hesabatda, qadın CEO'ların müəssisələrdəki nisbətinin yalnız 18% olduğu bildirilir. Eləcə də hesabatda vurğulanır ki, iş nə qədər böyükdürsə, ona qadın CEO-nun rəhbərlik etməsi ehtimalı bir o qədər azalır.