Dünya bazarında son günlər neftin qiyməti bir qədər sabitləşsə də, bəzi neft ölkələri onun kəskin ucuzlaşmasının təsirindən hələ də özlərimnə gələ bilməyib.
Eləcə də bax: Səudiyyənin valyuta ehtiyatları - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, Səudiyyyə Ərəbistanı neftin ucuzlaşmasına görə, bədcə xərclərini azaltmağa və yeni qənaət tədbirlərinə davam edir. Hökumət gömrük rüsumlarını və vergiləri artırır, əhaliyə sosial ödəmələroi dayandırır. Nəticədə ölkədə yerli vətəndaşlar üçün yaradılmış «cənnət» dağılmaqdadır.
İyunun 10-dan etibarən Səudiyyə Ərəbistanı ölkəyə gətirilən minlərlə mal və məhsullar üçün gömrük rüsumlarını 0,5-15% artırır. Həmin mallar müxtəli kateqoriyalara aiddir və onların siyapphısı 74 səhifədən ibarətdir.
Belə qərar krallıq vətəndaşları üçün böyük zərbə ola bilər, hansı ki, onsuz da xərcləri 2012-ci ildən bəri ən aşağı həddə düşüb.
Hökumət bu addıma neftin ucuzlaşması səbəbindən, büdcəni doldura bilməməsinə görə gedib, baxmayaraq ki, büdcə onsuz da ixtisar edilib.
Gömrük rüsumlarının artımı ərzaq mallarına, o cümlədən süd, ət və tərəvəzlərə, eləcə də xalça, polis maşınları, tikniti materialları və başqalarına aidi olacaq. Bu mallardan bəziləri indiyədək gömrükdən azad idi.
Bir qədər əvvəl isə məlum olub ki, iyulun 1-dən etibarən ölkədə Əlavə dəyər vergisi (ƏDV) 3 dəfə artaraq 5%-dən 15%-ə yüksələcək.
Bu dövrədən ölkədə ixtisarlar və maaşların azaldılması da olacaq. İyunu 1-dən isə hökumət yaşayış minimumu müavinətinin verilməsindən imtina edib.
Neft gəlirlərinin azalması nəticəsində üzləşdiymi itkiləri kompensasiya etmək üçün krallıq hökuməti riskə gedərək
Ölkənin qızıl valyuta ehtiyatlarını Avropa və ABŞ-ın iri şirkətlərinin səhmlərinə qoymağa başlayıblar.
Hazırda pandemiya səbəbindən həmin şirkətlərin səhmləri xeyli ucuzlaşıb və bəzi ekspertlər onların alınmasını sərfəli hesab edir. Səudiyyyə Ərəbistanı hökuməti də həmin kampaniyaların – «BP», «Royal Dutch Shell», «Total», «Boeing», «Citigroup», «Disney» və «Facebook»un səhmlərini alır.
Buna qədər krallığın əsas investoru Dövlət İnvestisiya Fondu (PIF) pullarını daha etibarlı alətlərə, məsələn ABŞ-ın xəzinə istiqrazları və digər dövlət qiymətli kağızlarına yatırırdı. Amma böhrana görə, siyasətini dəyişib.