Azərbaycanın tikinti sektorunun inkişafı ilə birlikdə sement istehsalı bazarında rəqabət də artmaqdadır. Ölkədə fəaliyyət göstərən sement istehsalı şirkətləri arasında maliyyə göstəriciləri baxımından fərqliliklər mövcuddur.
FED.az ölkənin iki əsas sement istehsalçısının - “NORM” ASC və “Holcim Azərbaycan” ASC-nin son 3 il ərzindəki maliyyə göstəricilərini müqayisə edib.
Qeyd edək ki, hər iki şirkət ölçülərinə (aktivlərin həcminə) görə təqribən eyni çəkidədirlər. Bununla yanaşı, şirkətlərin satış gəlirləri və mənfəətləri, eləcə də bir sıra əsas göstəriciləri bir birindən fərqlənir. Beləlik lə…
“NORM Sement” şirkəti 2023-cü ili 330,4 milyon manat aktivlərlə baş vurub. Şirkət bu göstərici ilə «Holcim Azərbaycan» ASC-ni təqribən 30 milyon manat və ya 10% qabaqlayır, sonuncunun aktivləri 299,7 milyon manatdır. Aktivlərin yüksək olması “NORM Sement” ASC-nin bazarda daha geniş resurslara malik olduğunu göstərir.
Aktivlərin artım sürətinə gəlincə “NORM Sement”in aktivləri il ərzində 22,7 milyon manat və ya 7,4% artıb. «Holcim Azərbaycan»ın aktivləri isə hesabat dövründə 19,7 milyon manat və ya 7% artıb.
«Norm Sement» |
Aktivlərin həcmi |
«Holcim Azərbaycan» |
330,4 milyon manat |
2023 |
299,7 milyon manat |
307,7 milyon manat |
2022 |
280,0 milyon manat |
Aktivlərdə artıb-azalma |
||
22,7 milyon manat |
(manat) |
19,7 milyon manat |
7,4% |
(%) |
7,0% |
Aktivlərin məbləği bir-birinə yaxın olsa da, sement istehsalçılarının öhdəlikləri arasında böyük fərqi var. Bu fərq şirkətlərin real maliyyə durumunu formalaşdırır. Belə ki, 2023-cü ilin sonuna «Holcim Azərbaycan» ASC-nin öhdəliklərinin həcmi 156,6 milyon manatdır. Başqa sözlə, şirkətin öhdəliklərinin həcmi aktivlərinin 52%-ni üstələyir. Bura kreditlər, borclar, müxtəlif qurumlar qarşısında öhdəliklər, o cümlədən vergi borcları və sair aiddir.
Üstəlik, 2023-cü ildə «Holcim»in öhdəlikləri 13,4 milyon manat və ya 9% artıb.
«Norm Sement»in öhdəlikləri isə xeyli kiçikdir – 2023-cü ilin sonuna şirkətin cəmi 100,4 milyon manat öhdəliyi var, bu aktivlərin həcminin cəmi 30%-dir. Şirkətin aktiıləri öhdəliklərindən 3 dəfə artıqdır. Ən əsası, «Norm»un öhdəlikləri son bir ildə azalıb – azalma 30 milyon manat və ya 23% təşkil edib.
Öhdəlikləri arasındakı müqayisə «Holcim Azərbaycan» ASC-nin daha yüksək borc yükü ilə işlədiyini göstərir ki, bu da maliyyə riskləri baxımından zəif nöqtə hesab edilə bilər.
Şirkətlərin borclarının məbləği də fərqlidir. 2023-cü ilin sonuna, «Norm Sement» ASC-nin ümumilikdə 77 milyon 440 min manat kredit və borcu var. Bunun 7,3 milyon manatı uzunmuddətli, təqribən 70 milyon manatı isə qısa müddətli borclardır. Üstəlik, 2023-cü ildə şirkətin borcları 27,5 milyon manat azalıb.
«Holcim Azərbaycan»ın borcları daha böyöükdür. 2023-cü ilin sonuna olan vəziyyətə «Holcim»in 105 milyon manat borc və krediti mövcuddur. Bundan 85 milyon manat uzunmüddətli borclar, təqribən 20 milyon manat isə qısamüddətli kreditlərdir.
Borc portfelini yüngülləşdirən «Norm»dan fərqli olaraq 2023-cü ildə «Holcim»in kreditləri artıb. 2022-ci ildə bu məbləğ 95,5 milyon manat idi. Başqa sözlə, ötən il şirkətin kredit və borcları 9,5 milyon manat artıb.
«Norm Sement» |
Öhdəliklərin həcmi |
«Holcim Azerbaycan» |
100,4 milyon manat |
2023 |
156,6 milyon manat |
130,4 milyon manat |
2022 |
143,2 milyon manat |
23% azalıb |
Öhdəlik artıb azalma (%) |
9% artıb |
Şirkətlərin borclarının məbləği də fərqlidir. 2023-cü ilin sonuna, «Norm Sement» ASC-nin ümumilikdə 77 milyon 440 min manat kredit və borcu var. Bunun 7,3 milyon manatı uzunmuddətli, təqribən 70 milyon manatı isə qısa müddətli borclardır. Üstəlik, 2023-cü ildə ildə şirkətin borcları 27,5 milyon manat azalıb.
«Holcim Azərbaycan»ın borcları daha böyöükdür. 2023-cü ilin sonuna olan vəziyyətə «Holcim»in 105 milyon manat borc və krediti mövcuddur. Bundan 85 milyon manat uzunmüddətli borclar, təqribən 20 milyon manat isə qısamüddətli kreditlərdir.
Borc portfelini yüngülləşdirən «Norm»dan fərqli olaraq 2023-cü ildə «Holcim»in kreditləri artıb. 2022-ci ildə bu məbləğ 95,5 milyon manat idi. Başqa sözlə, ötən il şirkətin kredit və borcları 9,5 milyon manat artıb.
«Norm Sement» |
Kredit və borclar |
«Holcim Azerbaycan» |
77,4 milyon manat |
2023 |
105,0 milyon manat |
105,0 milyon manat |
2022 |
95,5 milyon manat |
27,5 milyon manat azalıb |
Kredit və borclar artıb azalma |
9,5 milyon manat artıb |
Kapital göstəricisində “NORM” ASC-nin üstünlüyü daha kəskindir. Onun kapitalı 229,992 min manat təşkil edib və “Holcim Azərbaycan” ASC-nin 143,071 min manatlıq kapital göstəricisindən 61% böyükdür. Bu fərq şirkətin maliyyə dayanıqlığını və bazarda daha güclü mövqeyə malik olduğunu vurğulayır.
Sement istehsalçılarının əsas göstəriciləri onların satış həcmi – gəlirləridir. “NORM” ASC bu sahədə rəqibini uzun müddətdir ki, qabaqlayır. 2021-2022-2023-cü illər üzrə rəqəmlər «NORM Sement»in «Holcim Azərbaycan» qarşısında böyük üstünlüyünü ortaya qoyur.
2023-cü ildə «Holcim Azərbaycan»ın satışları 166,5 milyon manat, «Norm»un satışları isə 226 milyon manat olub, yəni rəqəbindən təqribən 40% artıq.
Bununla yanaşı, ötən il «Holcim»in satışları faiz baxımından daha sürətli artıb, belə ki, 2023-cü ildə «Norm»un satışları 23 milyon manat və ya 11%, «Holcim»un satışları isə 21 milyon manat və ya 14,4% artıb.
Ümumiyyətlə son 3 ildə eyni vəziyyət davam edir. 2021-ci ildə «Norm»un 171 milyon manatlıq satışı qarşısında «Holcim» 115 milyon manat gəlir əldə etmişdi. 2022-ci ildə isə «Norm»un gəlirləri 203,6 milyon manata yüksəlmiş (32 milyon manat və ya 19% artım), «Holcim»də isə satışlar 145,6 milyon manat olmuşdu (29,5 milyon manat və ya 27% artıb).
«Norm Sement» |
Satış həcmi |
«Holcim Azerbaycan» |
171,0 milyon manat |
2021 |
115,0 milyon manat |
203,6 milyon manat |
2022 |
145,6 milyon manat |
226,0 milyon manat |
2023 |
166,5 milyon manat |
Əməliyyat mənfəəti göstəricisi isə “NORM” ASC-nin nə qədər gəlirli olduğunu ortaya qoyur. 2023-cü ildə şirkətin əməliyyat mənfəəti 63,55 milyon manat olub və bu rəqəmlə “Holcim Azərbaycan” ASC-nin mənfəətini təxminən 2,6 dəfə üstələyir. Sonuncunun əməliyyat mənfəəti ötən il 24,9 milyon manat təşkil edib.
2022-ci ildə də təxminən eyni vəziyyət olub – «Holcim» ili 22,5 milyon manat əməliyyat mənfəəti ilə tamamladığı halda, «Norm»da bu rəqəm 55,5 milyon manat olub.
«Norm Sement» |
Əməliyyat mənfəəti |
«Holcim Azerbaycan» |
63,6 milyon manat |
2023 |
24,9 milyon manat |
55,5 milyon manat |
2022 |
22,5 milyon manat |
Sonda, xalis mənfəətdə “NORM” ASC-nin üstünlüyü diqqətəlayiqdir. Şirkətin xalis mənfəəti 52,6 milyon manat təşkil edib. «Holcim Azərbaycan» ASC-nin mənfəəti isə 12,9 min manat olub. Başqa sözlə, «NORM» ASC rəqibini təxminən 4,1 dəfə üstələyir. Bu fərq, “NORM” ASC-nin daha yüksək gəlirlilik səviyyəsini və bazar liderliyini vurğulayır.
2022-ci ildə «Norm»un xalis mənfəəti təqribən 40 milyon manat olaraq, «Holcim»in qazancını 6 dəfə üstələyib. 2021-ci ildə isə «Norm» 23 milyon manatlıq qazancla rəqibini 7 dəfədən çox üstələyib.
«Norm Sement» |
Xalis mənfəət |
«Holcim Azerbaycan» |
52,6 milyon manat |
2023 |
12,9 milyon manat |
39,5 milyon manat |
2022 |
6,6 milyon manat |
23,4 milyon manat |
2021 |
3,1 milyon manat |
Mənfəət vergisi xərclərinə baxdıqda isə “NORM” ASC ötən il rəqib şirkət “Holcim Azərbaycan” ASC-dən 3,2 dəfə çox vergi ödəyir. 2023-cü ildə «Norm» 14,2 milyon manat, «Holcim» isə 4,4 milyon manat vergi ödəyib.
Daha detallı aşağıdakı cədvəldə:
“NORM” ASC (min manatla) |
Göstəricilər -2023 (min manatla) |
“Holcim Azərbaycan” (min manatla) |
330 382 |
Aktivlər |
299 682 |
100 390 |
Öhdəliklər |
156 611 |
229 992 |
Kapital |
143 071 |
161 963 |
Nizamnamə kapitalı |
31 813 |
226 001 |
Gəlirlər |
166 535 |
116 934 |
Satışın maya dəyəri |
86 131 |
63 550 |
Əməliyyat mənfəəti |
24 884 |
14 170 |
Məfəət vergisi xərci |
4 427 |
52 640 |
İl üzrə mənfəət |
12 922 |