Hələlik blokçeyn təkmillikdən çox uzaqdır, amma artıq indidən dünyada onun istifadəsi üçün çoxsaylı üsullar var. 2017-ci ildə kriptovalyutalar sürətli bahalaşma ilə hamını sarsıtdılar. Bu blokçeynin sayəsində mümkün olmuşdu.
FED.az xəbər verir ki, blokçeyn — rəqəmsal, paylanmış və mərkəzləşməmiş registrdir. Bu prinsip əksər virtual valyutaların əsasında dayanır və maliyyə vasitəçisi (yəni bank) olmadan bütün tranzaksiyaların qeydiyyatını aparır.
FED.az" src="https://www.fed.az/upload/news/92340.jpg" />
11:09
Başqa sözlə, bu vəsaitlərin köçürülməsi və informasiyanın saxlanması üçün yeni üsuldur.
Blokçeynə tələbat niyə yarandı? Yeni texnologiya bank sisteminin çoxsalı çatışazlıqlarının üzə çıxmasının nəticəsidir. Blokçeyn yaradıcıları bu vəziyyətdə daha təkmil üsul yaratmaq istəyiblər.
Məsələn, banklar pul köçürmələrində böyük komissiyalar tələb edir, özü də ödənişin yoxlanması və həyata keçirilməsi 5 günədək çəkir. Blokçeyn isə ödənişləri real vaxt rejimində, hətta xarici ölkələrə də, köçürməyə imkan verir. Bununla da bankları oyundan çıxarır.
Amma blokçeyn təkcə pul köçürmələri üçün deyil, başqa çoxsaylı üsullar üçün də istifadə olunur. İri şirkətlər blokçeyni o qədər də böyük olmayan layihələrdə sınaqdan keçirirlər. Bəs bu rəqəmsal inqilab həyatımızı necə dəyişə bilər?
FED.az blokçeynin uğurla istifadə üçün 20 üsulu təqdim edir.
1. Ödənişlərin emalı və pul köçürmələri
Bu blokçeynin istifadəsi üçün ən məntiqli üsuldur. Əvvəllər deyildiyi kimi, banklar bu sxemdə tamamilə aradan çıxır, sistem fasiləsiz, həftədə 7 gün 24 saat çalışır. Əməliyyatların əksəriyyəti blokçeyndən bir neçə saniyəyə keçir.
2. Təchizat zəncirinin monitorinqi
Blokçeyn təchizat zəncirinin monitorinqi üçün əla variantdır. Şirkətlər kağız sənəd dövriyyəsindən yaxa qurtararaq öz təchizat zəncirlərindəki problemləri dəqiq və tezliklə aşkar edə, eləcə də malların hərəkətini real rejimdə izləyə bilərlər. Bundan başqa, blokçeyn imkan verir ki, təşkilatçılar və istehlakçılar ərzaqların keyfiyyətini bütün hərəkət boyu – mənbədən mağazayadək izləyə bilsinlər.
3. Ticarət şəbəkələrinin bonus proqramları
Blokçeyn unikal bonus proqramları reallaşdırmağa imkan verməklə, mağaza və müştərilərin qarşılıqlı əlaqəsini ciddi surətdə dəyişməyə qadirdir.
Ticarət şəbəkələri tokenlər əsasında loyallıq proqramları hazırlaya və blokçeyn vaəsitəsilə tokenləri idarə edə bilərlər.
Nəticədə müştərilər ticarət şəbəkəsinin mağazalarından birinə bağlanacaq. Blokçeyn bu sahədə fırıldaqçılığı aradan qaldırır. Eləcə də blokçeyn bir qayda olaraq kupon və endirim kartları ilə reallaşdırılan bonus proqramlarında artıq xərclərin də qarşısını alır.
4. Glektron pasportlar
Bütün dünyada milyard nəfərdən çox insan mütəmadi olaraq rəqəmsal məkanda şəxsiyyətini təsdiqləməyə ehtiyacı ilə qarşılaşır. Microsoft bu məsələdə onlara kömək etmək niyyətindədir. Hazırda sözügedən şirkət «Authenticator» proqramı üzərində işləyir. Bu proqram şəxsi məlumatları idarə etməyə və elektron pasportlar yaratmağa imkan verir.
Rəqəmsal identifikasiya xüsusilə zəif inkişaf etmiş ölkələrin əhalisinə maliyyə xidmətlərinə çıxmağa və öz bizneslərini qurmağa imkan verəcək. Hərçənd «Microsoft»un mərkəzləşməmiş rəqəmsal pasport yaratmaq cəhdləri hələ ki, başlanğıc mərhələdədir.
5. Məlumat mübadiləsi
Noyabrda IOTA (IOTA/USD) şəbəkəsi «Data Marketplace» tətbiqinin blokçeynə əsaslanan beta versiyasını buraxdı. Bu tətbiq şirkətlərə imkan verir ki, məlumat mübadiləsi aparsınlar və ya artıq məlumatı bir-birinə satsınlar. Şirkətlərdə toplanan məlumatların böyük hissəsi onsuz da istifadə edilmədiyinə görə, blokçeyn bu məsələdə informasiyanı saxlayan və müştəriyə ötürən vasitəçi rolunda çıxış edir. Layihə hələlik ilkin mərhələdə olsa da, artıq 35 iri şirkət (Microsoft da daxil) burada iştirak etməyə razılıqlarını bildiriblər.
6. Müəllif hüquqlarının müdafiəsi
İnternet istifadəçiləri dayanmadan artır və musiqi və digər kontentə görə müəllif hüquqlarının qorunması getdikcə daha da çətinləşir. Blokçeyn isə Kontent yaradanlara ədalətli ödəniş təmin etməklə vəziyyəti kökündən dəyişməyə imkan verir.
Blokçeynin köməyi ilə musiqiçilərə və digər kontent yaradıcılarına ödənişi real rejimdə ödəmək mümkün olacaq.
7. Rəqəmsal səsvermə
Seçki məntəqələrindəki saxtakarlıqlardan və səhvlərdən narahatsınız? Blokçen səsvermədə və səslərin sayılmasındakı fırıldaqlara son qoya bilər. Yeni texnologiya nəinki səsvermə prosesini rəqəmsal mühitə keçirməyə imkan verir, üstəlik o o qədər şəffafdır ki, seçkinin gedişini və nəticələrini istənilən şəxs izləyə bilər. Blokçeyn rəqəmsal səsvermə imkanını buraya yerləşdirilən informasiyanın dəyişməzliyi ilə birləşdirir. Nəticədə zəmanət verilir ki, bütün səslər nəzərə alınacaq və düzgün sayılacaq.
8. Əmlak, torpaq və avtomobil satışı
Blokçeynin əsas məqsədlərindən biri kağız sənədləri ortadan çıxarmaqdır. Əmlakın, torpağın və avtomobilin satışı və ya alışı zamanı mülkiyyət hüquqlarının ötürülməsi baş verir. Blokçeyn mülkiyyət hüququ haqqında məlumatı elektron şəkildə saxlamağa imkan verir, bununla da şəffaflığa və mülkiyyət hüquqlarında aydınlığa imkan verir.
9. Ərzaq məhsullarının təhlükəsizliyi
Blokçeynin tətbiqi ilə bağlı daha bir maraqlı sahə ərzaq məhsullarının mənbədən boşqaba qədər izlənməsidir. Blokçeyn haqqında məlumatı dəyişmək mümkün olmadığına görə, istəniən arzu edən məhsulu istehsalçıdan mağazaya qədər izləyə bilər. Bundan başqa, ərzaq infeksiyaları zamanı blokçeyn infeksiya mənbəyini daha tez tapmağa imkan verir.
10. Məlumatların rezerv saxlanması
Blokçeyn məlumatların ehtiyat saxlanması üçün ideyal variantdır. Doğrudur, hazırda bulud texnologiyası var və onlar məlumatların maksimal təhlükəsizliyinə və qorunmasına imkan verir. Amma onlar haker hücumlarına və infrastruktur problemlərinə məruz qala bilər. Bu məsələdə blokçeynin istifadəsi isə (məsələn, Boeing təyyarələrdəki GPS-qəbuledicilərin məlumatlarını blokçeyndə saxlamaq istəyir) bu məsələlərin həllinə imkan verə bilər.
11. Vergi tənzimlənməsi və nəzarət
Şəffaflığın vacibliyi haqqında dəfələrlə deyilib. Məsələn, kənd təsərrüfatı məhsulu istehsal edən şirkət blokçeyndən satışların uçotu və qanunlara əməl edilməsi üçün istifadə edə bilər. Blokçeyndə qeydə alınan belə satışlar şirkətin dövlətə bütün vergilərini ödəməsinin sübutudur.
12. İşləyənlərin hüquqları
Blokçeynin gələcəkdə tətbiq ediləcək daha bir sahəsi – işləyənlərin hüquqlarının müdafiəsidir. Beynəlxalq Əmək Təşkilatının məlumatlarına görə, bütün dünyada 25 milyon nəfər məcburi əməyə cəlb edilib. «Coca-Cola» şirkəti ABŞ-ın Dövlət Departamenti və başqa təşkilatlarla birlikdə blokçeyn reqistrin yaradılması üzərində işləyər. Bu registrdə smart-kontraktlar qurulub və onlar əmək müqaviləsinin şərtlərini yoxlayır. Bu yenilik əmək siyasətini yaxşılaşdırır və işəgötürənləri məcburi edir ki, işçiləri ilə imzaladıqları rəqəmsal əmək müqaviləsinin şərtlərinə əməl eləsinlər.
13. Tibbi qeydlər
Artıq xeyli vaxtdır ki, səhiyyə sistemi kağız qeydlərdən elektron qeydlərə keçir. Bu halda blokçeyn əlavə təhlükəsizlik və rahatlığı təmin edir. Sistem təkcə pasiyentlər haqqında qeydləri saxlamayacaq, həm də pasiyentlərin özləri bu məlumatlarla tanış olub onları idarə edə biləcəklər, rəqəmsal açarların köməyi ilə.
14. Silahlara nəzarət
Hazırda silahlar üzərində nəzarət Qərb KİV-lərində ən çox müzakirə olunan mövzulardandır. Blokçeyn silah sahiblərinin şəffaf və dəyişməz (yəni müdaxilə oluna bilməyən) reyestrini yaratmağa imkan verir. Onun köməyilə hüquq-mühafizə orqanları və hökumət silahların dövriyyəsinə nəzarət edə biləcək və özəl qaydada satılan silahların uçotunu apara biləcək.
15. Vəsiyyət və vərəsəlik
Blokçeyn yaşlı insanların həyatını ciddi sürətdə sadələşdirə bilər. Notariusda vəsiyyətnamə rəsmiləşdirməkdənsə, vəsiyyəti şəbəkədə yazıb-saxlamaq olar. Smart kontraktlar varislərə imkan verəcək ki, vəsiyyətdə yazılan şərtlərə əməl etdikcə hüquqlarını əldə etsinlər( məsələn hansısa yaş həddinə çatdıqdan sonra). Elektron vəsiyyətnamələr şəffaf olacaq və kimə nə qədər miras çatması ilə bağlı bütün qeyri-müəyyənlikləri aradan qaldıracaq.
16. Səhmlərlə ticarət
Blokçeyn səhm ticarəti ilə bağlı müasir satış platformalarını da əvəz edə bilər. Blokçeyn əsaslı sistemlərdə tranzaksiyanın yoxlanılması və həyata keçirilməsi bir neçə saniyə vaxt apardığına görə, investorlar öz vəsaitləri və alış-satış barədə məlumatları dərhal alıb, hesablarını idarə edə biləcəklər. Halbuki müasir sistemlərdə vəsaitlər hesaba bir neçə gün ərzində oturur.
17. IoT şəbəkələrinin idarə olunması
Nəhəng şəbəkə istehsalçısı «Cisco Systems» şirkəti «əşyaların interneti»ni (IoT) tənzimləyən blokçeyn əsaslı tətbiqin yaradılması üzərində işləyir. IoT şəbəkəsi buraya qoşulan böyük sayda qurğuları birləşdirir. Həmin qurğular arasında fasiləsiz məlumat mübadiləsi gedir.
Tətbiq real vaxtda müəyyən edə bilir ki, ona qoşulan qurğular doğrudur ya yox. Üstəlik, bu tətbiq vasitəsilə bəzi qurğuların şəbəkəyə qoşulub-ayrıldığını da real vaxtda müəyyən etmək mümkündür.
18. Energetika sahəsində ticarət və müqavilələrə nəzarət
Hətta energetika sahəsində blokçeyn öz tətbiqini tapacaq. Fond bazarında olduğu kimi, blokçeyn enerji şirkətlərinə müqavilələrlə əməliyyatları indikindən qat-qat artıq sürətlə aparmağa imkan verər. Yeni texnologiyanın köməyi ilə biznes öz resurslarını izləyə və normativ qaydalara əməl edə bilər.
19. Əlçatanlığın idarə olunması
Blokçeyn şəbəkəsindəki smart-kontraktları konkret şirkətin və ya istehlakçının tələblərinə uyğunlaşdırmaq olar. Özəl şəxs olaraq siz blokçeyn vasitəsilə məsələn öz mənzilinizə xidmət təşkilatlarının işçilərinin girməsinə icazə verə bilərsiniz. Və ya avtomobilinizin təmiri üçün məsafədən qapısını aça bilərsiniz. Müvafiq rəqəmsal açar olmasa bu şəxslər sizin əşyalara çıxış əldə edə bilməzlər.
20. Reseptlə yazılan dərmanların izlənməsi
Dünyada hansı ki, qaytarılma və kontrafakt məhsullar real problemdir, blokçeyn istehsalçılara imkan yaradır ki, öz məhsullarını seriya nömrələri ilə izləsinlər. Bu, aptekdən satılan dərmanların həqiqiliyinə zəmanət verir. Hazırda «Merck» şirkəti reseptlə satılan dərmanlar üçün belə bir sistemi sınaqdan keçirməklə məşğuldur.