Azərbaycanda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi üçün görülən işlərdən biri də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin yaradılmasıdır.
FED.az xəbər verir ki, Mərkəz ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların işini asanlaşdırır. İcazə və sertifikatların verilməsində zamanın azaldılması, daha az maddi məsrəf edilməsinə təsir göstərir, biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən, müqavilələrin elektron formada tərtibi və imzalanmasını, real vaxt rejimində transsərhəd elektron xidmətləri həyata keçirir.
Eləcə də bax: Əsas ixracatçı şirkətlərin yeni reytinqi - AÇIQLANDI
Sahibkarın əsas qayğısı - zaman və pul məsrəfi
Beynəlxalq təcrübəyə əsasən sahibkarlıq fəaliyyətinə təsir edən parametrlərdən biri zaman və pul məsrəfidir. Dünya Bankının “Doing Business” hesabatında “Sərhəddə ticarət” indikatoru da sərf edilən vaxt və xərclənən pulun miqdarına görə dəyişir. Yəni, sahibkar ixrac-idxal əməliyyatlarına nə qədər zaman və maddiyat sərf edərsə bu həmin ölkənin hesabatdakı mövqeyinə təsir göstərəcəkdir. “Bir Pəncərə” sisteminin əsas mahiyyəti dövlət-özəl münasibətlərində çevikliyin, intensivliyin və şəffaflığın təmin edilməsidir.
Altı dövlət qurumunu birləşdirir
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində altı dövlət qurumunun xidməti fəaliyyət göstərir:
-
-
-
- İqtisadiyyat Nazirliyi tərəfindən ixrac olunan malın mənşə ölkəsini təsdiq edən mənşə sertifikatı;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ixrac olunan yeyinti məhsullarına idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqı ölkələrinin tələblərinə uyğun olan qida təhlükəsizliyi sertifikatı, bitki və bitkiçilik məhsullarına fitosanitar, heyvan və heyvan mənşəli məhsullar, xammal, yem və yem əlavələri məhsullarına isə beynəlxalq baytarlıq sertifikatının verilir. Bundan başqa qida sahəsində fəaliyyət göstərən sahibkarların dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi də AQTA tərəfindən reallaşdırılır;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nadir və kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün CİTES beynəlxalq icazə sertifikatı;
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini məzmunlu ədəbiyyatın, audio, video materialların ixracı ilə bağlı icazə sənədi;
- Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətin (xalça və xalça məmulatları, rəsm əsərləri, sənətkarlıq nümunələri, musiqi alətləri və zərgərlik əşyaları) ixracı zamanı mədəni sərvəti mühafizə şəhadətnaməsi;
- Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən istehsal etdiyi məhsullara dair normativ sənədlərin hazırlanmasında, ixrac və ya idxal etdikləri məhsullara uyğunluq sertifikatı;
- Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyi tərəfindən isə ixracatçı sahibkarlara deklarasiyaların doldurulması ilə bağlı dəstəyi prosesi həyata keçirilir.
-
-