Sahibkar Qurbanov Vüsal Nəriman oğlu “AUXs” adlı kontrafakt kondisionerlərin satışı zamanı Azərbaycan ərazisində qanunvericiliyə uyğun qorunan (qeydiyyata alınmış) “AUX” əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozub.
"Baku Electronics"ə haqsız rəqabət hallarının aradan qaldırılması tapşırılıb
FED.az bu barədə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Sahibkar Qurbanov Vüsal Nəriman oğlu tərəfindən kontrafakt hesab edilən “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq iş üzrə materiallar aidiyyəti üzrə Azərbaycan Baş Prokurorluğuna göndərilib.










