Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Aəehtliyi “Rich Motors” MMC və ya “Geely Azerbaijan” barəsində inzibati protokol tərtib edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, protokol 16 mart 2026-cı il tarixində yazılıb.
Məlumata görə, aparılan yoxlamalar zamanı şirkətin qadağan olunmuş reklam fəaliyyəti ilə məşğul olduğu və reklam yayımı qaydalarına riayət etmədiyi müəyyən edilib.
Bu hal “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsi üzrə rəsmiləşdirilib.
“Rich Motors” MMC — Azərbaycanda avtomobil idxalı, satışı və servis fəaliyyəti göstərən, əsasən Çinin “Geely” markasının rəsmi distribütoru kimi tanınan avtomobil şirkətidir.
“Reklam haqqında” qanunun 6.1.1-ci maddəsi: . reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparmaq.
İnzibati Xətalar Məcələsinin 428.1-ci maddəsi: Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmək.
Bu pozuntuya görə, hüquqi şəxslər üçün 4000-6000 manat cərimə nəzərdə tutulub.














