Bugün Bakıda Regionun ən böyük Fintek oyunçusu olan "UNİTED PAYMENT" şirkətinin Qızıl Sponsorluğu ilə, “Azərbaycan Türkiyə Fintek Forumu” keçirilir.
FED.az xəbər verir ki, forumda Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosasiyası, Türkiyənin Elektron Pul və Ödəniş Qurumları Birliyinin İdarə Heyətinin Sədri, Azərbaycan Fintek Assosasiyasının Direktoru ilə yanaşı, Türkiyənin və Azərbaycanın aparıcı Fintek şirkətləri iştirak edirlər.
Forumun gündəliyi Azərbaycan və Türkiyə Fintex Ekosisteminin gələcək planları, United Paymentin aparıcı iştirakı ilə Fintech As A Service iş Modelinin uğurlu tətbiq olunması, Bankların Fintexlərlə işbirliyi, Fintex İş Modellərinin Texnoloji Həlləri, İndi Al Sonra Ödə (Buy Now Pay Later) Modeli kimi əhəmiyyətli və kompleks yanaşmalardır.
Bu kimi forumların ölkəmizin fintex ekosisteminə dəyər qatacağına və inkişaf etməkdə olan Bank və Fintex münasibətlərinin yeni mərhələlərə gəlib çıxmasına xidmət edəcəyinə ümid edirik.