"CPM İnvest İnvestisiya Şirkəti" ASC-nin 2024-cü il üzrə maliyyə vəziyyəti açıqanıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə gəlirləri 2 milyon 507 min manat təşkil edib, bu da 2023-cü illə müqayisədə 1 milyon 047 min manat (29%) azalma deməkdir.
Ümumi gəlirlərdə də eyni azalma müşahidə olunub. İnzibati və digər əməliyyat xərcləri isə əksinə, 2024-cü ildə 2 milyon 297 min manata bərabər olub, bu da 2023-cü ilə nəzərən 795 min manat (53%) artım deməkdir.
Əməliyyat mənfəəti 2023-cü ildə 2 milyon 53 min manat olduğu halda, 2024-cü ildə kəskin şəkildə 210 min manata düşüb. Bu, 1 milyon 843 min manat (9,8 dəfə) azalma ilə nəticələnib.
İl üzrə mənfəət (zərər) də eyni nisbətdə azalıb, 2023-cü ildə 2 milyon 53 min manatdan 2024-cü ildə 210 min manata düşüb. İl üzrə mənfəət vergisi də paralel olaraq 42 min manata bərabər olub ki, bu da 369 min manat (9,7 dəfə) azalma deməkdir.
Nəticədə, il üzrə cəmi xalis mənfəət investisiya şirkəti 168 min manata bərabər olub, bu da illik 1 milyon 474 min manat (9,8 dəfə) azalma deməkdir.
Aktivlər bölməsində, uzunmüddətli aktivlərdə nisbətən sabit artım müşahidə edilib. Belə ki, əmlak, tikili və avadanlıqlar 2023-cü ildə 249 min manat idisə 2024-cü ildə bu göstərici 277 min manata yüksəlib. Bu da il ərzində 28 min manat (11% ) artım deməkdir. Qeyri-maddi aktivlər də 16 min manat (46%) artımla. 36 min manatdan 52 min manata yüksəlib.
Nəticədə, cəmi uzunmüddətli aktivlər 2024-cü ildə 329 min manata bərabər olub. Bu 2023-cü ilə nisbətən 44 min manat (15%) çoxdur.
Cari aktivlər bölməsində isə daha kəskin dəyişikliklər yaşanıb. Pul vəsaitləri və ekvivalentləri cəmi 5 min manata bərabər olub. Bu 195 min manat (40,1 dəfə) azalma deməkdir.
Uzunmüddətli maliyyə aktivləri də 917 min manat (45% ) azalaraq 1 milyon106 min manata enib. Lakin, yüklü maliyyə aktivləri adlı göstərici 2023-cü ildə cəmi 200 min manat olduğu halda, 2024-cü ildə inanılmaz dərəcədə 24 milyon 451 min manat (123 dəfə) artımla 24 milyon 651 min manata yüksəlib.
Digər cari aktivlər 2024-cü ildə 113 min manata bərabər olub ki, bu da illik, 57 min manat (33%) azalma deməkdir.
Bütün bu dəyişikliklər nəticəsində, cəmi cari aktivlər 23.274 min manat (9,9 dəfə artımla) 25 milyon 894 min manata çatıb. Yekunda aktivlər isə "CPM İnvest İnvestisiya Şirkəti" 2024-cü ildə 26 milyon 223 min manatt cəmi aktivlərə malik olub. Bu da 2023-cü ildəkindən 23 milyon 318 min manat (9 dəfə) çox olub.
Hesabat dövründə investisiya şirkətinin yüklü öhdəlikləri 24 milyon 651 min manata bərabər olub ki, bu da illik 24 milyon 451 min manat (123 dəfə) çox olub.
Digər öhdəliklər isə 234 min manat (9,4 dəfə) azalaraq 28 min manata düşüb,
Cəmi cari öhdəliklər 24 milyon 679 min manata bərabər olub. Bu, 2023-cü ildəkindən 24 milyon 216 min manat (53 dəfə) çox olub.
Hesabat dövründə cəmi öhdəliklər də eyni şəkildə artaraq 2024-cü ildə 24 milyon 679 min manata yüksəlib.
Bu dövrdə investisiya şirkətinin nizamnamə kapitalı və əlavə kapital qoyuluşu hər iki ildə də 400 min manat olaraq qalıb, bir sözlə, dəyişməyib.
Lakin, bölüşdürülməmiş mənfəətdə 898 min manat (2,2 dəfə) azalaraq 744 min manata enib,.
Yekunda cəmi kapital da buna görə 1 milyon 544 min manata bərabər olub. Bu 2023-cü ildəki göstəricilərlə müqayisədə 898 min manat (37%) azdır.