Azərbaycanın qeyri-neft məhsullarının ixracı hər il artır. Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də Azərbaycan tomatının ixracı birinci, qızıl ixracı isə ikinci yeri tutur.
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 93 mln. ABŞ dolları dəyərində xam qızıl ixrac edilib. 2017-ci ildə Azərbaycanın qızıl ixracından (3360,59 kq.) əldə etdiyi gəlir 139,3 mln. dollar təşkil edib.
Özəl şirkətlər arasında Britaniyanın Anglo Asian Mining şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator 51,2 mln. dollar göstərici ilə) liderlik edir. İkinci yerdə xam qızılın qalan hissəsini xaricə satan dövlət "Azergold" şirkətidir.
Lakin qızıl ixrac edən Azərbaycan həm də xarici qiymətli metal idxal edir. Turan-ın məlumatına görə, bu ilin ikinci kvartalında Azərbaycan Türkiyədən 995,45 kiloqram qızıl alıb. Ümumi məbləği 40,6 mln. dollar olan yarım emal edilmiş (çubuqlar, tel və profillər, qalınlığı 0,15 mm.-dən çox plitələr, təbəqə və s.) bir tona yaxın qızılı kimin aldığı məlum deyil.
"Azərgold" Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, onlar qızıl idxalı ilə məşğul olmur, Türkiyədə qızıl almayıblar. Azerbaijan International Mining Company isə telefon zənglərinə cavab vermir.
Eyni zamanda hesablamalar göstərir ki, Azərbaycan üçün həmin qızılın idxalı, sonra da ixracı daha sərfəli xarici ticarət biznesi ola bilər. Hesablamalar göstərir ki, naməlum idxalatçı, Türkiyədən ölkəyə qızılın bir kiloqramını 40785,57 ABŞ dollarına ($40,6 milyona 995,45 kiloqram qızıl) gətirib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu il Azərbaycan İsveçrəyə dəmir pul çekankasında istifadə olunmayan, emal edilməmiş 1438,04 kq. qızıl ixrac edib. İxracın həcmi 60 mln. 713 min ABŞ dolları təşkil edir. Qızılın İsveçrəyə 1 kq. üçün 42219,3 dollara satıldığını hesablamaq asandır. Türkiyədə alınan və İsveçrəyə satılan bir kiloqram qızıl arasında qiymət mənfəəti bir kiloqrama görə 1433,7 dollar təşkil edir.
2018-ci ilin birinci kvartalında Azərbaycandan qızıl ixracı 726,05 kq. olub (30 mln. 907,05 min dollar). Təkrar hesablamada kiloqram 42568,7 dollar təşkil edir.
Qızılın mümkün təkrar ixracının səbəbi 2017-ci ilin birinci yarısı ilə müqayisədə bu metalın ixracından əldə olunan gəlirlərin 6,5% azalmasıdır ki, bu da yerli qızılın hasilatının endiyini göstərib.
2017-ci ildə Anglo Asian Mining 71.461 min unsiya qızıl hasil edib ki, bu da 2016-cı ilin göstəricisindən 1,2% azdır, şirkətin məlumatlnda qeyd olunur. Bu il Azərbaycanda qızıl hasilatının həcmi kəskin şəkildə artıb. 2018-ci ilin yanvar-mart aylarında qızıl istehsalı 1 min 480,3 kq. təşkil edib ki, bu da ötən ilin analoji dövründə olduğundan 5,1 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən "İnterfaks-Azərbaycan" agentliyinı məlumat verilib. Hasil edilən qızıl emala göndərilib.
Hazırda Azərbaycanda qızıl və gümüş hasilatı 1997-ci il avqustun 21-də imzalanmış Production Sharing Agreement müqaviləsi çərçivəsində Gədəbəy və Qoşa yataqlarında həyata keçirilir. Müqavilə altı yatağın işlənməsini nəzərdə tutur: biri Naxçıvanda, ikisi Gədəbəy rayonunda (Bakıdan 450 km. qərbdə), üçü isə Kəlbəcər və Zəngilanda (hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altındadır).
Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC-in payı 49% təşkil edir. Müqaviləyə görə, ümumilikdə bu 6 yataqdan 400 ton qızıl çıxarılması planlaşdırılır.