Azərbaycan Respublikasında poçt şöbələrinin sayı 2023-cü illə müqayisədə 2024-cü ildə azalıb.
FED.az Dövlət Statistika Komitəsin istinadən xəbər verir ki, ölkə üzrə ümumi poçt şöbələrinin sayı 1498-dən 1442-yə düşərək 56 ədəd azalma (-3.7%) ilə nəticələnib.
Paytaxtda və Naxçıvanda yüksəliş
Azalma fonunda Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasında poçt xidmətləri infrastrukturunun genişləndiyi müşahidə olunur. Bakıda poçt şöbələrinin sayı 227-dən 284-ə yüksələrək 57 ədəd (25.1%) əhəmiyyətli artım göstərib. Naxçıvan Muxtar Respublikasında isə 237-dən 266-ya yüksəlişlə 29 ədəd (12.2%) artım qeydə alınıb. Sumqayıt şəhərində də 12-dən 13-ə yüksələrək cüzi, 1 ədəd (8.3%) artım olub.
Bəzi rayonlarda sabitlik, digərlərində kəskin azalma
Şəmkir, Sabirabad, Masallı, Şəki, Göyçay, Gədəbəy, Neftçala, Salyan, Astara, Saatlı, Kürdəmir, Ucar, Biləsuvar, Ağsu, Şirvan, Hacıqabul, Xızı, Naftalan, Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd, Şuşa, Qubadlı və Laçın rayonlarında poçt şöbələrinin sayı ötən illə müqayisədə dəyişməyib.
Lakin bir sıra rayonlarda poçt şöbələrinin sayında kəskin azalmalar yaşanıb:
Qobustan rayonunda 8-dən 3-ə düşərək 5 ədəd (-62.5%) azalıb.
Şamaxı rayonu üzrə 14-dən 7-yə düşərək 7 ədəd (-50.0%) azalma baş verib
Balakən rayonunda poçt şöbələrinin sayı 25-dən 13-ə düşərək 12 ədəd (-48.0%) azalıb.
Ağdaş rayonunda poçt şöbələri 11 ədəd (-47.8%) azalaraq 23-dən 12-yə, İsmayıllı rayonunda 8 ədəd (-47.1%) azalaraq 17-dən 9-a, Şabran rayonunda isə 6 ədəd (-40.0%) azalaraq 15-dən 9-a düşüb.
Bununla yanaşı Bərdə rayonunda poçt şöbələri 25-dən 16-ya düşərək 9 ədəd (-36.0%), Yevlax rayonunda 32-dən 22-yə düşərək 10 ədəd (-31.3%), Göygöl rayonunda isə 20-dən 14-ə düşərək 6 ədəd (-30.0%) azalıb.
Xankəndi və Ağdərədə vəziyyət
Ötən ilin göstəricilərinə görə, Xankəndi şəhəri və Ağdərə rayonunda poçt şöbəsi qeydə alınmayıb.