Bir müddət Çində və daha sonra da Avropa ölkələrində tüğyan edək koronavirus dalğasına kənardan seyirci qaldıq. Daha sonra bizim ölkəmizdə də virus səsləri yüksəlməyə başladı.
2020.ci il Azərbaycanda biznesimiz üçün olduqca aktiv başlamışdı və biznesin içində aktiv bir insan kimi daxildən böyümə müşahidə edirdim. Bir anda elan edilən və heç kimin 1 ildən çox çəkəcəyini belə düşünmədiyi karantin oldu.
Ilk iki ay ərzində ünsiyyətdə olduğum bütün işadamları, qlamur dildə frilanser adlandırılan sərbəst çalışanlar (dizaynerlər, hüquqşünaslar, təlimçilər, vs), mütəxəssis və fərqli sahələrin peşəkarları baş verənlərə fəlsəfi yanaşırdılar – dözmək lazımdır, bu qapanma bizim üçün faydalıdır, bizi düşünürlər, lap əla, evdə oturmuşuq, ailələrimizi görürük, vs. Fəlsəfə etmə lüksunu bizim dostlarımıza onların bir neçə aylıq rezervləri verirdi. İyun ayında artıq eyni insanların bəyanatları daha da kəskinləşdi – rezervləri sonlandır və ya əriyərək kritik həddə çatmağa başladı. Ən əsası isə, artıq hərkəs vəziyyətin daha ciddi olduğunun və qapanmanın daha uzun zaman alacağını anlamışdı.
Fəlsəfə mərhələsindən sonra panika dövrü gəlmişdi – şirkətlər kəskin qərarlar almağa başladılar : maaşlar kəsildi, böyük sahəli ofislərdən firmalar çıxmağa başladı, maaş azalmaları, ixtisarlar…
İnsanların – mütəxəssis, peşəkar və frilanserlərin durumu da eyni idi.
Nə şirkətlərimizdə, nə fərdlərdə maddi disiplinin olmaması iş dünyası və insanların vəziyyətini gərginləşdirmişdi.
Dövlət tərəfindən verilən dəstək təbii ki, vardı, amma nə şirkətləri, nə də insanları xilas edəcək miqyasda deyildi.
İllərlə stabilliyə öyrəşən, həyatında ancaq devalvasiya ilə qarşılaşan ölkə iş dünyasə və insanları ilk dəfə ciddi böhranla qarşılaşmış oldu.
Hesab edirəm ki, pandemiya və karantin bizim ölkəmizə - biznesə də, fərdlərə də ciddi və bundan sonra nəzərə almaları gərəkən dərsləri verdi. Bu gün bu dərslərdən nəticə çıxrmaq və onlara görə davranmaq nəinki mövcud reallıqlarda ayaqda qalmaq üçün əhəmiyyətlidir – bu həm də gələcəkdə möhkəm olmaq üçün mühim şərtdir.
Beləliklə… pandemiya bizə - iş dünyası və fərdlərə nə dərsləri verdi?
- Uzun müddətli düşünmək şərtdir – bütün mövzularda. İşə aldığımız insanların şəxsi keyfiyyətləri məsələsindən firmada olan kiçik xərclərə qədər heç bir mövzuda “əşşi, o qədər də böyük rəqəm deyil” düşünmək olmaz. Şirkətə heç bir fayda verməyən və “ayda cəmi 300 manat” xərc kimi gördüyümüz vəziyyət bir ildə 3600 manat, 3 ildə 10.000 manat deməkdir. Firmada çox yox – cəmi 5 belə xərc maddəsi olsa, şirkətin mənasız və faydasız şəkildə onminlərlə manat pulun havaya uçurulması deməkdir. Pandemiya dövründə o məbləğlərə çox ehtiyac vardı;
- Maddi rezervlər hər zaman olmalıdır və aylıq gəlirlərindən şikərtlər də, insanlar da müəyyən faizi toxunulmaz hissə olaraq ayırmalıdırlar. Şirkətin də, insanların da ciddi maddi rezervinin olmadığı durumda bəzi luks xərcləri etməsi ən azından rasional və məntiqli deyildir. Özünüzə sadə bir sual verin – həyatımda böhran baş versə və heç bir gəlirim olmasa, 6 ay ərzində mənim həyat keyfiyyətimi aşağı salmyacaq qədər rezervim var mı?
- Biznesin əslində tək patronunun və ağasının olduğu bir daha sübut edildi- Cənab Müştəri. Məhz Cənab Müştəri şirkəti yüksəldər və ya endirər.
- Müştərilərlə yaxın ünsiyyət həll edicidir. Müştərilərlə “yaxın ünsiyyət” geniş qavramdır – Müştərinizlə emosional səviyyədə, müsbət psixoloji əlaqələriniz olmalıdır. Yoxdursa – bir gün Müştəriniz çox haqlı olaraq daha münasib qiymət təklif edən bir rəqibə keçəcək. Şirkətdə olan BÜTÜN proseslərlə əlaqəli tək bir sual verin özünüzə - Müştəri üçün rahatdır mı?
- Biznes data ilə işləməyin və data toplamağın əhəmiyyəini anladı. Anlamayan zərbəsini aldı. Dərsdən nəticə çıxaranlar bu gün artıq data işi ilə bağlı ilk addımları atmağa başladı;
- Komanda əhəmiyyəti ön plana çıxdı. Sadiq, şirkəti anlayan və şirkətə mənəvi baxımdan, dəyərlər səviyyəsində bağlı komanda əhəmiyyəti indi anlaşıldı. Şirkətiin ağır durumundan zövq alan əməkdaşlarla bərabər şirkəti düşünərək daha çox işləyən insanlar durulan sular içində göründü. “Şirkət mənə borcludur, sahibkar hardan istəyirsə pul tapsın, özü bilər” tərzində düşünən dar fikirli insanlarla bərabər şirkətin yanında yer alanların fərqi göründü;
- Brendləşmə vacibdir. Azərbaycanda insanlar da, firmalar da brendə əhəmiyyət verirlər. Burada kiçik bir məqam var – brendin altında beton və dəmir kimi güclü və faydalı məzmun yoxdursa, brend sadəcə sabun köpüyüdür;
- Böhran dövründə DAHA DA ÇOX işləmək lazımdır. Öncəki dövrdən 4 dəfə daha çox işləmək lazımdı ki, öncəkinin yarısı qədər gəlir olsun. Depressiyaya girmək bir lüksdur. Çalışan və məşğul insanın əlində kofe fincanı yağan yağışa pəncərəcən baxaraq qəmli fikirlərə getməsi bir lüksdur sadəcə;
- Biznesin böyüməsi ilk baxışda maraqlı görünsə də, bu rəqəmlərə əsaslanan ÇOX dəqiq planlara görə olmalıdır. Əks halda “biznes riskdir” sözlərinin ən absurd versiyası yaşanacaq;
- Biznesin böyüməsi vacibdir, amma biznes daxildən öz xarici böyüməsini həzm edəcək qədər güclü olmalıdır. Sadə dildə : şirkətin idarəçiləri, personalı, sahibkarın özü də böyük firmanı bilik, savad, bacarıq, vərdiş və işə yanaşmaları ilə qaldıra bilməlidirlər;
- Böhran dövründə böyük hissənin reklam xərclərini azaltdığına görə reklam xərclərini nəinki durdurmaq - rezervlərdən reklama xərcləmək lazımdır. Və bilmək- bu gün reklam fəaliyyəti birbaşa satış ilə nəticələnməsə də, insanların az reklam gördüyü dövrdə beyinlərinə qazınmış olur
Pandemiyanın cəmiyyətimiz üçün, hesab edirəm, böyük faydası oldu.
Devalvasiyadan sonra olduğu kimi, biznesimiz və cəmiyyətimiz oyandı.
Doğru dərs alanlar üçün yeni reallıqlarda yeni yollar açıldı və imkanlar yarandı.