Azərbaycanın özünü ətlə təmin etmək səviyyəsi 80% dan yuxarıdır. (82-83%) . Qoyun əti üzrə olan göstərici 98% dir. Quş əti üzrə 75-76% , mal əti üzrə isə 83-85% dir. Azərbaycan özünün müstəqilliyini yeni əldə edəndə ət və ət məhsulları ilə 30-35% təmin edirdi. FED.az xəbər verir ki, bunu ARB 24 –ün efirində Azərbaycan Aqrar Tətqiqatlar Mərkəzinin rəsmisi Firdovsi Fikrətzadə bildirib.
Eləcə də bax: Bu il «soğan faciəsi» niyə baş vermədi? - BAZARDA YENİLİK
Onun sözlərinə görə, keçmiş sovetlər dövründə Azərbaycan ət istehsalı ilə ixtisaslaşmamaışdı. O zamanlar Azərbaycan əsasən sənaye təyinatı kənd təsərrüfatı məhsullarında ixtisaslaşmışdı.
Azərbaycanda torpaq islahatı aparılandan sonra fermerlər özləri öz torpaqlarının və təsərrüfatlarının sahibi olduqdan sonra bu göstərici tədricən yüksəlməyə başladı. Hazırda Azərbaycanda ümumilikdə ortalama özünü ətlə təmin etmə 80-90% arasında dəyişir. Toyuq əti üzrə təminat bir qədər aşağıdır – deyə qurum rəsmisi bildirib.
Onun sözlərinə görə, pambıqçılığın artması heyvandarlığın azalmasına səbəb olur anlayışı başdan yalnışdır. “Quşçuluq sahəsindəki ət istehsalı sənaye üsulu ilə həyata keçirilir. Yəni bunun örüş sahələrinə, heyvandarlığın yem sahəsinə heç bir aidiyyatı yoxdur. Bizim idxalın böyük hissəsini quş əti təşkil edir ki, bunun da böyük sahəsi sənaye istehsalı üçün nəzərdə tutulur.
2014-cü ildən hər il Azərbaycan 40-50 min ton ət idxal edib. Bunun 35 min tonu 2018-ci ildə quş əti olub. Qalan hissəsi isə dondurulmuş və diri heyvanların ət ekvivalnetində çəkisidir.
“İdxal edilən dondurulmuş ət və quş əti daha çox emal sənayesinin və turizm sənayesinin tələbinin ödənilməsi üçün edilir və bu tendensiya hesab edirik ki, hələ bir müddət davam edəcək” – deyə Firdovsi Fikrətzadə bildirib. Onun sözlərinə görə, Azərbaycanda əhalinin istifadəsi üçün yetərli qədər ət və quş əti istehsal edilir.
“Yaxın zamanlarda quşçuluq sənayesinin məhsullarının ixracına da başlanması gözlənilir. Sənaye üçün istifadə edilən ətlər isə Braziliyadan və Amerikadan alınır. Çünki bu ölkələr soya tərkibli ucuz yemlər istehsal edə bilirlər. Dünyanın heç bir ölkəsində hər hansı məhsullar tam özünü təmin etmək anlayışı yoxdur. Bu mükün də deyil”. – deyə qurum rəsmisi bildirib.
Özümüzü ətlə təmin edə bilirikmi? – NAZİRLİKDƏN AÇIQLAMA
17:18
19 Avq 2019