Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Təmiz məktəb” layihəsi davam edir.
FED.az xəbər verir ki, regionlarda və ucqar kəndlərdə yerləşən internat və kənd məktəblərində gigiyenik şəraitin daha da yaxşılaşdırılması məqsədilə start verilən layihənin növbəti ünvanı Neftçala rayonu olub.
“OBA” marketlər şəbəkəsinin əməkdaşları və layihəyə dəstək göstərən Güvən Xeyriyyə İctimai Birliyinin sədri Nigar Bayramlı Neftçala rayonunun M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyasını ziyarət edib.
Bu layihədə də “OBA”ya xüsusi dəstəyi “ARAZ-L” zavodu verib. Belə ki, “OBA”nın şəxsi markaları olan “Lovbe” və “Klar” məhsullarının bir çox çeşidi gimnaziyaya hədiyyə olunub. Məlumat üçün qeyd edək ki, “OBA”dan əldə etdiyiniz “Lovbe” və “Klar” məhsullarının gəlirinin bir qismi “Təmiz məktəb” layihəsi üçün sərf ediləcək.
Qeyd edək ki, layihənin ilk ünvanı Göyçay rayonu olub.