Azərbaycanda ən iri sement zavodlarından olan “NORM” ASC-yə yaxın yeni şirkət yaradılıb.
FED.az xəbər verir ki, Dövlət Vergi Xidməti 25 aprel 2024-cü ilin “Norm Logistics” MMC-ni (VÖEN: 1400972921) dövlət qeydiyyatına alıb.
Yeni şirkət 10 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəşad Zülfüqarov Yuzil oğludur.
Hüquqi ünvanı “NORM” ASC ilə eyni - Bakı şəhəri Qaradağ rayonu, Ümid Qəsəbəsi, Salyan Şossesi, ev 7-ci km ünvanıdır