Nazirlər Kabineti “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı”nı təsdiq edib.
Bəzi nazirliklərin fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” qanuna uyğunlaşdırılıb - SƏRƏNCAM
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Siyahıda istehsal vasitələri, qızdırıcı sobalar, dəzgahlar üçün məsrəf materialları, mühərriklər, buxar qazanları, sənaye sobaları, avtoyükləyicilər, içki istehsalı avadanlığı bəzi kənd təsərrüfatı avadanlıqları, generatorlar, qida məhsullarının daşınması üçün avtomobillər və s. qeyd edilib.