Azərbaycanın ən böyük mətbəx mebeli istehsalatçısı olan “Mutfakçı” şirkəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi memorandum imzalanıb.
Prezident və xanımı Tədris və Xidmət Kompleksinin - AÇILIŞINDA
FED.az xəbər verir ki, memoranduma əsasən, Mutfakçı şirkətinin təlim mərkəzində təkminlləşdirilmiş mebel istehsalı, innovativ texnologiyalarla işləmək bacarığına malik kadrlar hazırlanacaq.
Mutfakçı şirkətinin rəhbəri İlkin Manafov FED.az-a açıqlamasında bildirib ki, imzalan memorandum yerli istehsalın gücləndirilməsi, təlim – istehsal prosesinin daha biznes yönümlü olmasına köməklik göstərəcək:
“Bu ixtisaslı kadrlara bazarda böyük ehtiyac var. Heç təsadüfi deyil ki, biz məhz bu kadrları peşə məktəblərindən axtarırıq. Bir növ hələ əmək fəaliyyətinə başlamadan, biz ixtisaslı kadrları yetişdirmək üçün fəaliyyət göstəririk. Müşahidələrimiz göstərir ki, indiki peşə məktəbləri kifayət qədər bazar şərtlərinə uyğun kadrlar yetişdirməyə qadirdir. Bunun üçün biznes – təhsil müəssisələri arasında olan körpü düzgün qurulmalıdır”.
İ.Manafovun sözlərinə görə, təhsil prosesi ümumi tədrisdən ayrılmadan “Mutfakçı” mebellərinin prototip istehsalı üzərində həyata keçiriləcək və fərqlənən tələbələr “Mutfakçı” şirkətinin istehsal sahələrində daimi - ödənişli işlə təmin ediləcəklər.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev FED.az-a açıqlamasında bildirib ki, memorandumun tarixi əhəmiyyəti var və ölkədə hər bir istiqamət üzrə peşəkar mütəxəssislərə ehtiyac olduğuna görə belə bir peşə təhsil mərkəzlərinin yaranması təqdirəlayiqdir:
“Mərkəz 2019-cu ildən fəaliyyət göstərir və hazırda mərkəzdə 2022-2023-cü tədris illəri üçün Avtomobil, Avtomatika, Elektronika, Elektrotexnika, İKT, Mebel, Mexanika, Sənayedə quraşdırma istiqamətləri üzrə qəbul planlaşdırılır. Lakin buna baxmayaraq ölkə üzrə isə hər bir istiqamət üzrə, xüsusilə inşaat sektoru üzrə peşəkar mütəxəssislərdə demək olar ki qıtlıq yaşanır. Bunun aradan qalxması üçün belə bir peşə təhsil mərkəzləri yaranır, onlara lazimi dəstək və diqqət yetirilir ki, buraxılan məzunlarda bilik və bacarıqlara malik peşələrinin mütəxəssisləri olsunlar”.
İ.Musayevin sözlərinə görə, bunların arasında tikinti, energetika, kibertəhlükəsizlik sahələrini qeyd etmək olar. Mərkəzin direktoru bildirib ki, peşə mərkəzlərinin əsas iş prinsipi də bu yerli ehtiyacları öyrənərək peşəkar kadrlar hazırlığını həyata keçirməkdir:
“Mərkəzimizdə hazırda 1000 nəfər tələbə təhsil ala bilir. Burada Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən mərkəzimizdə tədris prosesinə ixtisaslı gənc mütəxəssislər cəlb olunub və onlar 3 ay müddətində Koreyada təlimlərdə iştirak ediblər. Qeyd edim ki, mərkəzimizdə dərslərin 70 % praktiki, 30 % isə nəzəri keçirilir. Buranı bitirən tələbə artıq hər bir istehsalat müəssisə üçün hazır bir kadrıdır”.
İ. Musayev məzunların işlə təmin olunma məsələsinə də aydınlıq gətirib. Vurğulaybı ki, işədüzəlməyə sahəsində mərkəz yerli və beynəlxalq şirkətlər ilə sıx əməkdaşlıq edir: “Bu əməkdaşlıq çərçivəsində tələbələrimiz bu şirkətlərdə keçirilən təcrübə proqramlarında iştirak edirlər və ən uğurlu, bilikli namizədlər sonda işlə də təmin olunurlar. Qeyd edim ki, mərkəzimizdə dərslərin 70 % praktiki, 30 % isə nəzəri keçirilir. Buranı bitirən tələbə artıq hər bir müəssisə üçün hazır bir kadrdır. Maaş məsələsini isə hər bir işəgötürən qiymətləndirməyə əsasən təyin edir”.
Qeyd edək ki, mərkəzin mebel emalatxanasında istehsalat-təlim mərkəzi təşkil olunub və orada “Mutfakçı” şirkətinin əməkdaşları və mərkəzin tələbələri birgə fəaliyyət göstərirlər.