Peşəkar mühasib Rauf Pənahəliyev mikro sahibkarlıq subyektlərinin divident gəlirlərinin vergidən azad olub-olmadığını FED.az-a şərh edib.
Eləcə də bax: Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklərin əsas istiqamətlərini - AÇIQLAYIB
Ekspertin izahı:
Nazirlər Kabinetin 556 nömrəli qərarına əsasən aparılan sahibkarlıq subyektlərinin bölgüsünə uyğun olaraq 1-10 işçisi olan illik gəliri 200 000-dən aşağı olan müəssisələr mikro sahibkar olaraq tanınır.
Həmin qərarda göstərilir ki, əgər bu iki şərtdən hər hansı biri pozularsa bu zaman sahibkarlıq subyekti dəyişərək kiçik sahibkara çevrilir.
Mikro sahibkarlara edilən güzəştlərlər bağlı VM-də xeyli maddələr var. Lakin VM-nin 102.122-1 və 106.10 maddələrində qeyd olunub ki, Bu məcəllə ilə gəlir və xərclərin uçotunu aparan ,ƏDV məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilənilən ayında (aylarında) 200 000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmarları olan fiziki şəxslərin dividend gəlirləri ( Bu Məcəllənin 106.10 –cu maddəsində isə hüquqi şəxslərin) vergidən azaddır. Maddələrdən göründüyü kimi burda mikro sahibkarlıq subyektindən söhbət gedmir.
Misal 1. Əgər hər hansı bir müəssisənin 11 nəfər işçisi olarsa lakin illik gəliri 200000-ə qədər olarsa bu müəssisə artıq kiçik sahibkarlıq subyekti hesab olunur. Lakin müəssisə ƏDV qeydiyatında olmadığı üçün və müəssisənin illik gəliri 200000-i keçmədiyi üçün həmin müəssisənin təsisçilərinin divident gəlirləri vergidən azad hesab olunur.
Misal 2. Əgər hər hansı rezident müəssisənin 5 işçisi və illik gəliri 200000-dək olduğu halda həmin müəssisə könüllü şəkildə ƏDV qeydiyyatına durubsa həmin müəssisənin mikro sahibkarlıq subyekti olmasına baxmayaraq təsisçilərinin divident gəlirləri vergidən azad edilmiyəcəkdir.
Əsas: NK 556 qərarı, VM 102.1.22-1, 106.10, 159 maddələr.