Bu gün Türkiyənin ən böyük şirkələrindən biri olan “Koç Holding”in banisi Vehbi Koçun 1992-ci il yanvarında “Capital” jurnalında yayımlanan reportajından:
Gənc menecerlərə tövsiyələrim bunlardır:
Ailənizi sevin və sayın
Ailənizə daim sevgi və hörmət göstərin. Bir çox sıxıntılara sinə gərərək sizləri böyüdən ana və atanızın hər zaman duasını alın. Hər görüşəndə əllərini öpməyi unutmayın. Onların sizdən gözlədiyi tək şey gülər üz, sevgi, hörmətdir.
Çox çalışın
Həyatda uğur əldə etmiş bir çox böyük insanın necə böyüdüyüldüyünü araşdırdım. Uğurlu olmalarının əsas sirri çalışmaqdır. Çalışmadan heç bir işdə uğur əldə edilməz.
Yaxşı oxuyun
Uğurlu olmaq üçün yaxşı bir təhsil şərtdir. Bu dövrdə kim yaxşı oxuyur, kim daha çox çalışırsa o uğurlu olacaq. Bu inancı gənc yaşda yaxşıca mənimsəyin. Kompüterlə işləmək daxil olmaqla, beynəlxalq dillərdən birini mütləq öyrənin.
Ciddi və informasiyalı olun
Hansı işdə olursunuzsa olun, yığıncaqlara hər zaman hazırlıqlı gedin. Yığıncaq hansı mövzu ilə əlaqəli isə o mövzuda oxuyun. Hazılanın və iclaslarda fikirlərinizi əsaslı müdafiə etmək üçün bunun şərt olduğunu bilin. İnformasiya əldə edərək etdiyiniz söhbətlərdə, iclasa qatılanların diqqətini çəkər, yüksələr və tezisinizi qəbul etdirirsiniz.
Qarşılaşdığın yüksək səviyyəli mövqelərdə olan insanlar iclaslarda hər zaman sakit və rahat danışan insanlardır. İclaslarda əsaslı və alçaq səslə danışın. Qarşınızdakını yormayın. Əgər bir toplantıda müzakirə olunan mövzu haqqında informasiyanız yoxsa və ilk dəfədir ki, qatılırsınızsa, nə olursa danışım deyə söz almayın.
Əvvəlcədən təyin edilmiş görüşlərə diqqət edin. Uğurlu bir iş adamına “Uğurunuzun sirri nədir” deyə sual veriblər. “Görüşlərimə beş dəqiqə əvvəl getməkdir” deyə cavab verib. Əgər fövqəladə bir səbəbdən dolayı gecikəcəksinizsə ən qısa zamanda xəbər verin.
Gözləyənləri əsəbləşdirməyin
20-ci əsrdə iş saatları bəllidir. İş saatlarının boşa gedəcək tək bir dəqiqəsi yoxdur. Yaxşı bir iş adamı hansı saatlarda çalışacağını, hansı saatlarda iclaslar edəcəyini, hansı saatlarda qonaq qəbul edəcəyini hesablayır. Ona görə, plan quraraq bunları düzəldir. Saatlarını yazar.
Yetkin və yararlı olun
Hansı peşədə olursunuzda olun adam yetişdirin. Bilgilərinizi özünüzə saxlamayın. Ölkəmizin yaxşı mütəxəssis və rəhbərlərə böyük ehtiyacı var. Universitet ilə iş dünyası arasında işbirliyi qurmanın çox böyük faydaları vardır. Buna səy göstərin.
Özünüzdən aşağı və yuxarı olanlar ilə, rəhbərsəniz işlədiyiniz dostlarınızla aranızda bir məsafə qoyun. Həmkarlarınızla sənli mənli olmamağa diqqət edin. Nə qədər varlı olursunuzsa olun, ən böyük vəzifəyə keçsəniz belə təbəkkür insana baha başa gələcək. Sərvət, mövqeyinə dayanaraq yüksəkdən atanları, qarşısındakını aşağı görənləri də tanıdım. Bir çoxlarının sonradan işləri pozulduğu zamanki vəziyyətlərini də gördüm.
Dostlarınızı yaxşı seçin
İnsanın hüquq, siyasət, jurnalist, din xadimi, daha doğrusu bütün sektorlarda olan insanlardan bir səmimi dostu olsa, ən doğru informasiyanı alar və yararlanar.
Vaxtında evlənin
Hansı sektordan olursunuzsa olun, vaxtında evlənin. Evliliyin təməlində sağlam həyatın davamında önəmli təsirləri var. Ticarət, siyasət sahələrində zamanında evlənməmiş bir çox dost tanıdım. Bunlardan çoxu yaşlı olanda sağlam qulluqdan məhrum oldular.
Duyğuların təsiri önəmlidir – gülərüz, şirin dil olun
Duyğuların insanlara təsiri çox önəmlidir. Biznesmenin bu mövzu üzərində ciddi dayanması lazımdır. Atalar sözündə deyildiyi kimi: “Gülərüz, şirin dil insanlar ilanı belə yuvasından çıxara bilər”. Bir müştəridə olsa, onunla yaxından maraqlanın. Çünki dama dama göl olar.
Müştərinin əhvalı ilə bağlı sorğu-sual edin, qısası onunla yaxından maraqlandığınızı göstərin. İnsanlar ət, sümükdəndir, duğuların təsirində qalırlar.
Onların ürəklərini almaqla onları özünüzə bağlaya bilərsiniz. Onların vasitəsi ilə yeni müştərilər də tapa bilərsiniz.
Peşənizi sevin və səbr göstərin
Uğurlu olmaq üçün sevdiyiniz peşəni seçin. Uğursa peşə sevgisinin çox böyük rolu var. Daima əzmlə hərəkət edin və işi qazanmağa çalışın. Bir işdə dayanmağı öyrənin. İşlərinizdə tez qərar qəbul etməyin.
facemark.az©