Dünyada palma yağına olan yüksək tələbat bir sıra ölkələrdə meşə yanğınlarının əsas səbəbkarıdır.
FED.az biznes portalı «Quartz»a istinadən xəbər verir ki, məişətdə olduqca geniş istifadə edilən palma yağları, məsələn İndoneziyadakı yanğınların əsas səbəblərindən sayılır.
Hər şey tələb və təklifdən asılıdır
Palma yağı çoxsaylı uşaq qidaları və digər qidaların tərkibində istifadə edilir. İndoneziya isə dünyanın ən byöük palma yağı istehsalçılarındandır.
Ötən il dünyadakı palma yağının 56%-ni İndoneziya istehsal edib. Yağa tələbat o qədər yüksəkdir ki, yağ istehsalçıları yen plantasiya üçün yer axtarmaq üçün ölkənin tropik meşələrini dolaşırlar.
Əslində meşələrin qırılması nadir hadisə deyil, bir qədər əvvəl Braziliyada Amazon meşələrindəki yanğın buna sübutdur. İndoneziyada da meşə yanğınlarının 80%-i hər hansı formada palma istehsalçıları ilə bağlıdır.
Meşələrin qırılması isə daha quru iqlimə səbəb olduğundan ölkədə yanğınları nəzarətdə saxlamaq getdikcə çətinləşir. Halbüki İndoneziya meşələrində dünyadakı canlı növlərinin 10%-i yaşayır.
Meşələrin qorunması üçün «Nestle», «Mars», «PepsiCo» və «Unilever» kimi nəhəng şirkətlər elan ediblər ki, palma yağını dayanıqla mənbələrdən alacaqlar. Amma hesabatlar göstərir ki, onlar fasiləsiz təchizat sistemini hələ də qura bilməyiblər.
İndoneziya hökuməti şökuməti belə şirkətləri cinayət işi açacağı ilə hədələsə də, palma yağı istehsalçılarını da qorumaqdadır.
Avropa Komissiyası elan edib ki, 2030-cu ildə palma yağı əsaslı bioyanacağı qadağan etmək niyyətindədir. Cavabında İndoneziya elan etdi ki, əgər bu baş versə, ölkə ekologiya üzrə Paris müqaviləsini tərk edəcək.