Xəbər verildiyi kimi, Azərbaycanda sığorta mübahisələinin mediasiya, yəni danışıqlar həllinə başlanır. FED.az xəbər verir ki, bununla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətləri, iri sığortalılar və mediasya şirkəti ilə görüş keçirilib.
FED.az-ın məlumatına görə, ölkədə sığorta mübahisələrinin danışıqlar, yəni mediasiya ilə həlli ilə bu layihəyə cəlb edilmiş ARBME şirkəti məşğul olacaq. Adı çəkilən şirkət Azərbaycanda təqribən 1 il əvvəl yaradılıb. ARBME-ni rəşbəri Ruslan Mirzəyev FED.az- bildirib ki, mediasiya – mübahisələrin həlli biznesi ilə təqribən 10 ildir ki məşğuldur. Son 3 il ərzində bu sahədə biznes kimi fəaliyyət göstərir, indiyədək ABŞ-da da çalışıb, ötən ilin sentyabrından isə Bakıda fəaliyyətə başlayıb.
Məhkəmə sərfəlidir, yoxsa mübahisənin danışıqla həlli?
R.Mirzəyevin sözlərinə görə, istənilən mübahisənin məhkəmədə və ya danışıqlarla həll olunmasının müsbət və mənfi cəhətləri var. Məhkəmə yolunun mənfi tərəfi odur ki, bu, vaxt alır və xərc tələb edir. Belə ki, bəzən mübahisələr bir-iki il və ya daha artıq uzana bilər: «Mediasiyada isə bir gün iclas olur və tərəflər razılaşırlar, barışıq sazişi imzalayırlar və onu könüllü şəkildə icra edirlər».
R.Mirzəyevin sözlərinə görə, mediasiyanın digər vacib üstünlüyü olur ki, burada tərəflər problemin həllinə nəzarə edə bilirlər: «Baxın, məhkəmədə bizim məsələni hansısa 3-cü şəxs, yəni hakim həll edir. O da tərəflərin təqdim etdiyi subutlar əsasında araşdırır və qərar verir. Faktiki olaraq bu qərar sizin lehinizə və əleyhinizə ola bilər. Mediasiyada isə prosesə özünüz nəzarət edirsiniz, danışıqları da özünüz aparırsınız və əgər hesab etsəniz ki, qərar sizin xeyrinizə deyil, onu qəbul etmirsiniz».
Eləcə də bax: Nazirlik kredit agentliyinə qalib gələ bilmədi
Şirkət rəhbərinin sözlərinə görə, mübahisələrin danııqlar yolu ilə həlli zamanı əslində mediator məsələni həll etmir, o yalnız tərəflər arasındakı psixoloji baryeri aradan qaldırır: «Əgər danışıqlar alınmasa, tərəflər barışığa gəlməsələr, yenə də məhkəmə yolu var, müraciət edə bilərlər».
Məsələlərin 99%-i bir günə həll olunur
Mediasiyanın əsas üstünlüyü məsələnin demək olar ki, dərhal - bir günə həll edilməsidir. R.Mirzəyev deyir ki, 99 % hallarda mübahisələr 1 gün ərzində həll olunur: «Mübahisənin danışıqlar yolu ilə həllinin bir gündən artıq uzandığını iki dəfə görmüşəm. Bunların birində mübahisənin məbləği 1 milyard dollar ətrafında idi, İkinci halda isə tərəflər arasında münaibətlər çox emosional şəkildə idi, ona görə uzandı».
Bütün şirkət mübahisə ilə məşğul olur
Qeyd edək ki, Azərbaycanda mübahisələrin danışıqlar yolu ilə həllinin vacibliyi artıq neçə illərdir ki, hiss olunur. Doğrudur, belə praktika tətbiq edilir, amma bu o qədər də geniş deyil. R.Mirzəyevin sözlərinə görə, biznesin mediasiya üsuluna böyük ehtiyacı var: «Məsələ bundadır ki, məhkəmə prosesi, hüquq şirkətləri çıxmaqla, digər şirkətlər üçün böyük problemdir. Məhkəmə nəticəsində onların iş yükü artır, məsələyə hüquq və maliyyə departamentləri cəlb olunur və əlavə xərclər ortaya çıxır. Ona görə də, problemin danışıqlar yolu ilə həllinə ehtiyacı var».
Bu variantda mübahisə məxfi qalır
Mediasiya üsulunun gətirdiyi əsas üstünlüklərdən biri də məsələlərin məxfi qalmasıdır. Məsələ bundadır ki, mübahisənin məhkəmə yolu ilə həlli zamanı bundan həm mübahisənin özünün olması, həm də detallarından çoxlu sayda şəxslər xəbər tuta bilərlər. Belə ki, qanunvericiliyə görə, qapalı keçirilən məhkəmə proselərindən fərqli olaraq biznes mübahisələri qapalı sayılmır, və onun təfərrüatları haqqında çoxsaylı şəxslər xəbər tutur: «Hətta istənilən şəxs və ya jurnalistlər gəlib məhkəmə prosesində iştirk edə bilirər. Şirkətlər isə məsələnin məxfi və artıq səs-küy olmadan həllinə çalışırlar». Mediasiya prosesində tərəflərin hər biri burada səsənən məlumatların yayılmayacağı və məxfi qalması ilə bağlı yazılı öhdəlk götürürlər. Mediasiya prosesinin özü də qapalı keçirilir.
Eləcə də bax: Nağdlaşdırma vergisi qanunsuz çıxdı – MƏHKƏMƏ QƏRARI
Mediasiyanın xərci nə qədərdir?
Mübahisələrin danışıqları yolu ilə həlli də xərc tələb edir. Amma bu məbləğin hesablanması formaları müxtəlifdir. R.Mirzəyev bildirir ki, bununla bağlı 3 yanaşma var.
1-ci yanaşma bir günlük xidmət haqqı ilə bağlıdır. Araşdırma aparan tərəf bir günlükk xərcinin məbləğini açıqlayır. Bu məbləğ mediatorun təcrübəsindən və sair məsələlərdən asılıdır və mübahisənin məbləğindən asılı deyil.
2-ci yanaşma mübahisənin məbləinin müəyyən faizi qədər ola bilər. Bu faizlər də məbləğdən asılı olaraq dəyişir. Məsələn, xarici ölkələrdə mübahisə məbləği 1 milyon dollardan artıq olduqda ödəniş həmin məbləğin 2-5% arasında dəyişir. Nisbətən keçik məbləğlərdə isə 10-15% xidmət haqqı yaranır.
3-cü yanaşma saat hesabı ödənişdir. Bu mediatorun bui şlə məşğul olduğu hər saatının xidmət haqqının ödənilməsinə aiddir. Özü də bu zaman mediatorun təkcə həmin gün gördüyü işlər deyil, mübahisəyə hazırlaşdığı vaxtlarda sərf etdiyi zaman da nəzərə alınır. Dünyada ən çox saat hesabı və gün hesabı ödənişlərdən istifadə edilir.
Sığortçılara bu lazımdırmı?
R.Mirzəyev deyir ki, mübahisələrin danışıqlar yolu ilə həlli sığorta sahəsi üçün xüsusilə vacibdir. Məsələ bundadır ki, sığorta şirkətlərini ödənişdən imtina etməsi və ya daha az ödəniş verməsi onun reputasiyasına zərər vura bilər: «Amma məsələ məhkəmədə araşdırılanda məlum deyil ki, məhkəmə bu barədə nə qərar verəcək. Ona görə də mediasiya vasitəsilə tərəflər ağlabaan rəqəmdə razılaşa bilərlər».
Ümumiyyətlə, dünyada mediasiyanın ən çox istifadə edildiyi bazarlardan biri sığorta sahəsi və sığorta mübahisələridir.
Amma məsələnin başqa, bank və sığorta şirkətləri üçün daha həssas tərəfi də var. Belə ki, bu şirkətlər öz fəaliyətləri ilə bağlı illik benynəlxalq hesabatlar hazırlayanda hələ qüvvədə olan məhkəmə mübahisələrini də göstərirlər və bu mübahisələr onlar üçün risk kimi qəbul edilir. Mediasiya isə imkan verir ki, bu məsələni dərhal, özü də müəyyən, razılaşdırılmış məbləğ müqabilində həll etsinlər.
Və nəhayət, vaxt məsələsi - təqribən araşdırmalara görə, qarşı tərəfin apellyasiya verəcəyi təqdirdə, sığorta mübahisələri 1,5-2 il davam edir. Yəni iddianın verilməsindən utmuş, məhkəmənin qərarı və qərarın icra qurumu tərəfindən icrasına qədər təqribən 2 l vaxt keçir. Bu isə həm sığorta şirkəti, həm də müştəri üçün katastrofik vaxt itkisidir. Mediasiya isə bu məsələnin tərəflərin özünün iştirakı ilə cəmi 1 günə həllinə imkan verir.
Başqa hansı mübahiçələr danışıqlarla həll oluna bilər?
R.Mirzəyevin sözlərinə görə, mediasiya, mübahisələrin danışıqlar yolu ilə həlli başqa sahələrdə də tətbiq edilə bilər: «Məsələn, kompersiya mübahisələrində, çünki məhkəmə mübahisəsi bu münasibətlərə böyük zərər vurur, xərc və münasibətlərin korlanması baş verir».
Mediasiyanın uğurla və dünyada geniş istifadə olunduğu sahə - ailə mübahisələridir - ailə və əmlak mübahisələrinin də mediasiya məsələlərinə ehtiyacı var: «İlak baxışdan bu qəribə görünə bilər, amma ərlə arvadın arasında olan emosional münaibətləri də nəzərə almaq və bu məqamları aradan qaldırmaq üçün mediatora daha böyük ehtiyac var».
Mediatorun qərarını icra etmək məcburidir?
R.Miizəyev bildirir ki, məhkəmədən fərqli olaraq mediator ümumiyətlə qərar qəbul etmir. O sadəcə vəziyyəti yumşaldır ki, tərəflər bir-birlərini daha yaxşı başa düşsünlər, onların maraqları müəyyənləşir və ona uyğun razılıq əldə edilir: «Çünki tərəflərin tələbləri çox ola bilər, amma əsas məsələ maraqlardır. Mediator emosional, münasibətləri və sairi kənara çəkir və məsələni işgüzar müstəviyə keçirir. Bundan sonra tərəflər özləri danışıb razılaşırlar».
Məhkəməyə getmədən, məsələni 1 günə həll edin – YENİ ÜSUL
13:48
7 May 2018