Dünyanın ən böyük fastfud şəbəkəsi sayılan “McDonald’s” təkcə öz «BigMac»ı və «Çizburqer»ləri ilə deyil, buradakı unikal karyera imkanları ilə məşhurdur. Artıq 10 illərdir ki, “McDonald’s” bütün dünyada tələbələrin və ya sadəcə gənclərin karyeraya başlaması üçün ilk pillə sayılır, buradan onların karyera yüksəlişi başlayır.
“Sea Breeze”də “McDonald's Azərbaycan”ın yeni restoranı açıldı - FOTOLAR
Eyni qaydada Azərbaycanda da işləyir. Ümumiyyətlə “McDonald’s”ın Azərbaycanda fəaliyyətə başlamasının maraqlı tarixçəsi var, eyni zamanda burada tətbiq edilən karyera üsulları da maraqlıdır. İndiyədək burada 10 mindən artıq işçi çalışaraq şirkəti tərk edib və indi başqa yerlərdə işləyirlər. “McDonald’s” üçün bu adi praktikadır.
Bununla bağlı FED.az-ın suallarını “Mcdonald`s” Azərbaycan, İnsan Resursları departamentinin direktoru Anar Bayramov cavablandırır.
- Anar müəllim, “McDonald’s”da karyera qurulması təcrübəsi dünyada məşhurdu, burada işçilər ən aşağı səviyyədən başlayaraq karyerada yüksəlirlər. Azərbaycandakı “McDonald’s”da da həmin vəziyyətdirmi? Bura da ən aşağı səviyyədən işə gəlib karyerada yüksəlmək olur?
- Bu sualın cavabının canlı nümunəsi indi bu suala cavab verir. Mən özüm 22 il bundan öncə öz karyeramı hələ tələbə olarkən 2002-ci ildə adi işçi vəzifəsindən başlamışam. Tələbə kimi günün müəyyən vaxtlarında işləyərək həm unikal bir təcrübə qazanırsan həm də eyni zamanda universitetdə oxumağa heç bir maneə olmur. 2 il adi işçi işlədikdən sonra şirkətin təşkil etdiyi inkişaf təlimlərini uğurla keçərək menecer vəzifəsinə yüksəldim.
- “McDonald’s”da restorana rəhbərlik etmisiniz?
- Bəli, menecer kimi bir neçə il işlədikdən sonra 2008-ci ildə restoran direktoru vəzifəsinə yüksəlmişəm. Direktor kimi artıq biznesin bütün incəliklərinə yiyələnmək üçün Almaniya, Russiya və bir sıra ölkələrdə Global McDonald’s təşkil etdiyi idarəetmə kurslarını uğurla bitirmişəm. 3 il restoran direktoru çalışdıqan sonra 2011-ci ildə insan resursları şöbəsinə keçmişəm və hal-hazırda bu şöbəyə rəhbərlik edirəm.
Ümumiyyətlə “McDonald’s” idarəçilik sistemi demək olar ki, bütün dünyada eynidir. Karyera imkanı bütün əməkdaşlar üçün əlçatan və realdır. Bu gün şirkətin menecer heyəti, eyni zamanda Top Menecer heyyətindən bir çox menecerlər öz karyeralarına adi işçi kimi başlayaraq uğurlu karyera qurmaqda davam edirlər.
Hal-hazırda şirkətimizin bir çox departamentlərinin, məsələn, Marketing, Keyfiyyətə nəzarət və təchazat, İnnovasiyalar və İstehsalat departamentlərinin rəhbərləri vaxtilə öz karyeralarına adi işçi kimi başlayılar və indi yüksək vəzifələrdə çalışırlar. Yəni adi işçi vəzifəsindən şirkətin baş ofisinin şöbə müdirləri də adi işçi kimi başlayaraq “top management” səviyyəsinə qədər yüksəlmişlər.
- Bəs “McDonald’s”da işləmək istəyənlərin hamısı üçün iş yeri çatırmı?
- Ümumiyyətlə şirkət inkişaf etdikcə yeni vakansıyalar yaranır, yəni inkişaf şaxəli şəkildə olur. Biz bu il üçün 8 yeni restoran açılışı planlaşdırırq ki, onlardan artıq 3-ü fəaliyyətə başlayıblar. Bu da yüzlərlə yeni karyera artımı və 750-dən çox yeni iş yeri deməkdir.
- Karyerada növbəti mərhələyə adlamaq üçün işçiyə nə qədər vaxt tələb olunur?
- Karyera artımı üçün müvafiq bir vaxt müddəti yoxdur. İşində məsuliyyətli və seçilən əməkdaşlar restoran direktroları tərəfindən seçilərək vəzifə artımı təklif edilir. Bundan sonra bu əməkdaşlar müvaviq tələblərə cavab verdikdən sonra təlim şöbəsinə yönəldilir. Məlumat üçün demək istəyirəm ki, insan resurslarının bir qolu da bizim "Təlim şöbəsidir" ki, burada “Global McDonald’s” -ın tədris etdiyi bir çox təlimlər keçirlir. Təlimləri keçən əməkdaşlar müvafiq testlərdən keçdikdən sonra vəzifələrində artım olur.
- “McDonald’s”da təlimlər daima davam edir? Çünki cavablarınızdan məlum olur ki, bütün addımlar təlimlərdən keçməklə baş tutur.
- “McDonald’s”-da təlimlər heç zaman bitmir. İstər əməkdaşlar, istərsə də mərkəzi ofis əməkdaşları üçün daima təlimlər təşkil edilir.
Hər növbəti karyera addımı üçün, hər vəzifəyə uyğun mütləq təlim keçməlidirlər və qoyulan tələblərə cavab verməlidirlər. “McDonald’s”ın şirkət olaraq özünün "Hamburger Universitetləri" fəaliyyət göstərir ki, burada bir çox təlimlər keçilir və mərkəzi ofisin bir çox əməkdaşları bu universitetin məzunlarıdır.
- Azərbaycandakı “McDonald’s”da nə qədər işçi çalışır? İldə nə qədər işçi qəbul edirsiniz?
- Bu gün şirkətimizdə 2500-ə yaxın əməkdaş çalışır. Orta statistik rəqəmlərə əsasən biz il ərzində 1300-1500 yeni işçi qəbul edirik. Biz il sonuna kimi ümimi işçi sayımızı 3250 nəfərə çatdırmağı planlaşdırırıq. Qeyd etdiyim kimi, işə qəbul sayı şirkətin inkişaf planına uyğun olaraq aparılır. Bizim əməkdaşkarın təxminən 45 % tələbələr təşkil edir.
- Azərbaycandakı “McDonald’s”da işə qəbul üçün əsas kriteriyalar nədir? Təcrübəçilərin neçə faizi işə qəbul edilir?
- İşə qəbul prosesini bizim restoranlar həyata keçirir, amma bu şirkətin qoyduğu prosedura əsasən baş verir. İşə qəbul olarkən əsas kriteriyalar namizədin ünsiyyətcil olması, gələcək karyera qurmaq həvəsi bizim əsas kriteriyalardandır.
İşə qəbul 2 istiqamətdə aparılır - tam iş günü və günün müəyyən saatlarında işləyə bilən əməkdaşlar. Bu restoranın tələbinə uyğun olaraq aparılır. Hər bir restoran böyük bir müəssisə kimi fəaliyyət göstərir. Yəni hər bir restoranın öz direktoru, menecer komandası, təlim komandası və kadrlar şöbəsinin işçisi vardir. Bütün qəbul prosesi Əmək Qanunvericilliyinə əsasən həyata keçirilir.
- Karyera yüksəlişində ali təhsil tələbi varmı? Yəni, ali təhsili olmayan şəxs karyera qura bilirmi?
- Bu gün bizim menecerlərin 90 %-dən çoxu ali təhsillidirlər və bunların çoxu məhz uğurlu karyera quraraq menecer vəzifəsinə qədər yüksəliblər. Karyera artımı zamanı ali təhsilə deyil, işçinin nə qədər məsuliyyətli, iş standartlarını yüksək yerinə yetirməsinə, nə dərəcədə həvəsli və məqsədyönlü olmasına, eyni zamanda bizim təşkil etdiyimiz inkişafyönümlü kursları uğurla bitirən əməkdaşlarımıza üstünlük verilir.
- Azərbaycandakı “McDonald’s”da orta əmək haqqı nə qədər təşkil edir? Maaş məbləğinə görə, “McDonald’s” Azərbaycan bazarındakı digər fəstfud rəqiblərdən necə fərqlənir?
- Məbləği açıqlaya bilmərik, amma onu deyə bilərəm ki, “McDonald’s” digər şirkətlərlə müqayisədə rəqabətli əmək haqqı təklif edir. Hər bir vəzifə üçün bizdə əmək haqqı rəqiblərin əmək haqqlarından yüksəkdir. Biz bu mövzunu daima nəzarətdə saxlayırıq və bazar mühitinə uyğun maaşları tənzimləyirik. Eyni zamanda işçilər hər dəfə yeni vəzifəyə yüksəldikdə, əmək haqqlarında əhəmiyyətli dərəcədə artım olur
– “McDonald’s”da işçilər ənənəvi olaraq nədən narazı olurlar? Belə daimi mövzular varmı?
- Konkret nədən narazı deyiləcək bir mövzu yoxdur. Biz şirkət daxili əməkdaşların həm iş mühitini yaxşılaşdırmaq, həm də sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq üçün daima işlər aparırıq. Bütün şirkət üzrə ildə ən azı 1 dəfə işçilər arasında anonim sorğu keçirir və bu sorğunun nəticəsinə uyğun olaraq işimizi daima yaxşılaşdırmağa çalışırıq. Məlumat üçün qeyd edim ki, bizim işçi əməkdaşların 89%, menecer heyətinin isə 95% şirkətdən və işindən razıdırlar. Demək olar işçilər üçün il boyu müxtəlif həvəsləndirici proqramlar, idman yarışları, rayonlara gəzintilər təşkil edilir. Artıq bir neçə ildir ki, restoran menecerləri arasında seçilən menecerlərimizi bir neçə günlük xarici ölkəyə səyahətə göndəririk. Eyni zamanda bildirmək istəyirəm ki, 2022-ci ildə biz ölkədə ən çox gənclərin işə cəlb olunmasına görə lider şirkət olaraq nazirlik tərfindən mükafatlanmışıq.
- İşçinin nə vaxtsa “McDonald’s”da çalışması onun başqa yerlərdə də karyera yüksəlişinə təsir edirmi?
- Əlbəttə, bu gün bizim keçmiş əməkdaşların bəziləri Azərbaycanda bir çox şirkətdə yüksək vəzifələrdə çalışır. Şirkətimizin bu il 25 yaşı tamam olur. Bu 25 ildə bizim şirkətdə ümumilikdə 13 mindən artıq işçi çalışıb. Onların sırasında vaxtı ilə tələbə kimi burada işləyənlərin əksəriyyəti bu gün bir çox şirkətdə yüksək vəzifələrdə, həkim, mühəndis olaraq fəaliyyət göstərirlər.