Bu suallara cavab tapmaq üçün ilk növbədə marketinqin nə olduğunu aydınlaşdırmaq lazımdır. Marketinq sözünün çoxlu sayda mənalaı və açıqlamaları vardır, lakin ən düzgün olanları məhz marketinqin əsas uğuruna, yəni müştərilərə hədəflənən anlayışdır. Bundan irəli gələrək marketinqin bir neçə tərifini vermək olar.
Amerikanın Marketinq Assosiasiyasının verdiyi tərifə görə marketinq “mübadilə vasitəsilə təşkilatların, adamların, ərazilərin mallara və xidmətlərə olan tələblərini qabaqcadan görmək, idarəetmə və təmin etməkdir”.
Sertifikatlaşdırılmış Marketinq İnstitutunun verdiyi tərifə görə marketinq “istehlakçı tələbatının gəlirliliyinin identifikasiya edilməsinə, qabaqcadan proqnozlaşdırılmasına, qane və təmin edilməsinə görə məsul olan idarəetmə prosesi”dir.
Filip Kotlerin verdiyi tərifə görə marketinq “elə bir sosial prosesdir ki, onun vasitəsilə hər bir şəxsin ayrı-ayrılıqda və qrup şəklində ehtiyaclarını və tələbatlarını, istəklərini təmin etmək üçün buna uyğun məhsullar və qiymətlər yaradılıb hazırlanır və digərləri ilə mübadilə edilir.”
Palmerin marketinqə verdiyi tərif isə belədir:
“Marketinq təşkilati resursların elə mühüm təşkili və düzülüşüdür ki, onlar təşkilatın asılı olduğu müştərinin dəyişən ehtiyaclarına cavab verir.”
Denis Adkok isə marketinq barədə qısa, lakin real bir fikir səsləndirmiş və belə demişdir:
“Marketinq - düzgün məhsulun doğru yerdə, doğru zamanda və münasib qiymətdə olmasıdır.”
Marketinq konsepsiyaları
Marketinq anlayışı elə bir fəlsəfədir ki, təşkilatı öz müştərilərinin tələbat və ehtiyaclarına diqqət yetirməyə, onların tələbatlarını təhlil etməyə və həmin ehtiyacları rəqibləri ilə müqayisədə ən yaxşı şəkildə təmin etmək qərarlarını qəbul etməyə yönəldir.
Marketinq konsepsiyası barədə daha yaxşı anlayışa sahib olmaq üçün əvvəllər də dominant olan və hazırda bir sıra şirkətlər tərəfindən istifadə olunan digər fəlsəfələri və müddəaları də nəzərdən keçirməyə dəyər. Bu müddəalar aşağıdakılardır:

- İstehsalat konsepsiyası (Sənaye inqilabı – 1920-ci illər)
İstehsalat konsepsiyasının arxasında duran əsas ideya bu idi: Şirkətlər səmərəli şəkildə istehsal edə bildikləri məhsulları istehsal edəcəklər. Bu da məhsulların aşağı qiymətlə kafi təchizatını təmin edəcək, tələb isə özü-özünə yaranacaqdır.
İstehsalat konsepsiyasına 1920-ci illərin sonunda üstünlük verilirdi, çünki istehsal olunan məhsulların çoxu ilkin ehtiyacları təmin edən, ilkin tələbat məhsullar idi və onlara qarşı böyük həcmdə yerinə yetirilməmiş tələb vardı.

- Satış konsepsiyası (1930-cu illər)
1930-cu ilin əvvəlinə istehsalatda rəqabət artmışdı və digər tərəfdən az sayda yerinə yetirilməmiş tələb vardı. Belə ki, bütün şirkətlər satış konsepsiyasına yönəlmiş və dönmüşdü. İndi şirkətlər nəinki məhsul istehsal edir, həmçinin şəxsi satış və reklam vasitəsilə istehsal etdiyi məhsulu satırlar.
O zamanlar ehtiyacların identifikasiyası anlayışı yox idi və şirkətlər sadəcə satış həyata keçirməklə və lakin müştəri məmnunluğuna etinasızlıq göstərməklə öz rəqiblərindən üstün olmağa maraqlı idilər. Bunu daha çox təkidli, qıcıqlandırıcı reklam adlandırmaq olardı.
Marketinq konsepsiyası
İkinci Dünya Müharibəsindən sonra bazarda əldə edilə bilən çoxlu sayda məhsullar vardı və idarəolunan gəliri olan müştərilər seçim edib onların ehtiyaclarını təmin edən məhsulları ala bilərdilər. Belə vəziyyətdə artıq şirkətlər onların müştərilərinin ehtiyacları və tələbləri barədə düşünməyə başladılar. İstehsalçılar öz istehlakçılarını məmnun etmək üçün onlara lazım olan sayda zəruri məhsulları yaratmağa başladılar.
Marketinq konsepsiyası da tamamilə marketinq araşdırmasının aparılması ilə bağlıdır. Marketinq araşdırması müştəri ehtiyaclarının identifikasiyası, onların ehtiyaclarını təmin etmək üçün qəbul olunan qərarları və müştəri ehtiyaclarını ödəyib onları məmnun salaraq müştərilərlə uzunmüddətli əlaqələrin qorunub saxlanılmasında öz əksini tapır.
Marketinq araşdırması öz növbəsində seqmentlərin, onların ölçülərinin, tələbatların və ehtiyacların, əsas bazarın identifikasiyasında kömək edir və düzgün marketinq miksindən istifadə etməyə yardım edir. Nəticədə, marketinq komandası müştəri məmnunluğunu təmin edən düzgün qərarlar qəbul edir.
Marketinq anlayışlarının və təriflərinin tədqiqindən sonra belə qənaətə gəlmək olar:
- marketinqin əsas episentri müştəri ehtiyaclarıdır.
- müştərilərlə uzunmüddətli əlaqələri qoruyub saxlamaqdan ötrü gələcək ehtiyacları görüb anlamaq və qabaqcadan bilmək, proqnozlaşdırmaq zəruridir.
- Marketinq yalnız marketinq şöbəsinin deyil, həmçinin bütövlükdə bütün təşkilatın qarşısında duran vəzifədir.
Mənbə: notesdesk.com