Azərbaycanda vaxtı keçmiş kreditlərin həcminin ən aşağı olduğu şəhər və rayonlar da müəyyənləşib. Bir sıra rayonlarda bu göstərici 100 min manatdan da az təşkil edir.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, siyahıda ən aşağı göstəriciyə malik altı rayon var: Ağdam, Şabran, Oğuz, Yardımlı, Şərur rayonları və Naftalan şəhəri. Bu inzibati ərazi vahidlərinin hər birində vaxtı keçmiş kreditlərin həcmi cəmi 100 min manat təşkil edib. Babək rayonunda da bu göstərici eynidir.
Problemli kreditlərin həcminin 200 min manat olduğu rayonlar isə Daşkəsən, Füzuli, Kəngərli, Qobustan və Lerikdir.
Reytinqin aşağı pillələrində həmçinin Balakən, Astara, Zərdab, Samux, Qusar, Qax və Culfa rayonları da yer alıb ki, bu rayonların hər birində vaxtı keçmiş kreditlərin məbləği 300 min manat təşkil edir.
Siyahını Ağsu rayonu (400 min manat), Ucar, Tərtər, Gədəbəy və Göygöl rayonları (hər biri 500 min manat) davam etdirir.
Vaxtı keçmiş kreditlərin həcmi Biləsuvar, Hacıqabul və Beyləqan rayonlarının hər birində 600 min manat təşkil edib. Bu göstərici Ağstafa, Siyəzən və Goranboy rayonlarında 700 min manatdır. Siyahıda İsmayıllı və Şamaxı rayonları 800 min manatla qərarlaşıb. Saatlı, Ağdaş və Qəbələ rayonlarında isə vaxtı keçmiş kreditlərin həcmi 900 min manat təşkil edir.