Koronavirus pandemiyası səbəbindən dünyada milyonlarla insan evlərə qapansa da, istehlak vərdişlərində ciddi dəyişikliklər müşahidə olunur.
Türkiyənin Xana İstehlak Paneli (Ipsos)un məlumatına görə, ölkədə ilk koronavirus yoluxma faktı qeydə alınan tarixdən bu yana ən çox istehlak edilən məhsulların çeşidində dəyişikliklər olub.
FED.az “Ipsos”un məlumatlarına istinadən xəbər verir ki, Ramazan ayına təsadüf edən karantinin 6-cı həftəsində vətəndaş ən çox küncüdlü bəkməz alışını artırıb. İki həftə ərzində dondurmalarda ciddi artım olsa da, ilk həftələrdə makaron və odekolon satışı azalıb. Liviyada A4 kağızı tapmaq çətin olsa da, Əfqanıstanda çayın qiyməti iki dəfə artıb. Rumıniyada çörək mayası isə qara bazarda satılır.
Türkiyədə 15-22 aprel aralığında sürətli istehlak məhsulları olan şorba, ət məhsulları, dondurma və içkilərdə istehlak artıb. 16-22 aprel tarixlərində 76%-lik artımla küncüdlü bəkməz əvvəlki həftəyə nisbətən ən çox satılmış məhsul olub. 8-15 aprel həftəsində 98% artan dondurma satışı 16-22 aprel həftəsində də 49 faiz artıb. Kərə yağı (46 faiz), hazır şorbalar (45 faiz), diş fırçaları (29 faiz), hazır yeməklər (27 faiz) istehlakı artan məhsullar olub.
“İpsos” məlumatlarında karantinin ilk həftələrində vətəndaşların hücum etdiyi aldığı makaron və odekolon satışlarının son həftələrdə azaldığını göstərilib.
Odekolon satışları 16-22 aprel həftəsində bir əvvəlki həftəyə görə 42%, makaron satışları isə 27% azalıb. Makaron satışları üç həftədədir azalır. Digər tərəfdən maya, un və sirkənin artım tempi aşağı düşsə də, 6 həftə ərzində satışları artan məhsullardan olub.
«Ipsos»un icraçı direktoru Sidar Gedik bildirib ki, adətən evdə yeyilən yeməklərin sayı artırdı: «Bəlkə də bu dövrdə yemək azalacaq, amma masadakı çeşid artacaq».
Sidar Gedik əvvəlki illərdə olduğu kimi, bu həftə də, Ramazandan əvvəl hazır şorba, ət və ət məhsulları, şəkər və içki alış-verişinin artdığını deyib: «3-cü həftədə fərdi qulluq məhsullarının artımı yüksəkdir. Diş fırçası və şampunun satışları artıb. Bu dövrdə alışın artımına Ramazan ayının təsiri ilə yanaşı, başqa bir amil də evdə ehtiyatın azalması ola bilər. Evdə bir çox məhsul olsa da, bunun psixoloji təsirlərdən cümə günü hər zamankindən daha çox şey alırıq».
Əfqanıstanda çay, İrqada günəbaxan tumu
«Euronews»un AFP-dən apardığı təhlilə görə, karantində müxtəlif ölkələr fərqli ərzaq məhsullarına üstünlük veriblər. Əfqanıstanda çaya tələbatın yüksək olduğu və ehtiyatların azalması vurğulanıb. İraqda günəbaxan toxumlarına tələbat artıb.
Liviyada kağız qəhətə çıxıb
Liviyada tamamilə fərqli bir məhsul dövrünün ulduzu olub. Belə ki, A4 ölçülü çap kağızı tükənib. Münaqişələrdən bezən ölkədə xalq maariflənməni pozmamağa çalışır. Üç uşağını evdə öyrədən Nadia Al-Abed adlı bir ana, kağız tükənəndə həyat yoldaşının istifadə olunmamış gündəliyini çıxardıb onlarla dərs öyrədiklərini deyir.
Fransada mətbəxlər şirniyyat mağazalarına rəqib olub
Fransa, İspaniya, Yunanıstan və digər Avropa ölkələrində un, şokolad və maya ehtiyatları çatışmazlığı yaşandı. Evlərdəki mətbəxlər, Fransız şirniyyat evlərinə rəqib olub. Xalq bazarlarda tort və çörək məmulatları almaq üçün yarışıb.
Rumıniyada çörək mayası qara bazarda satılır
Rumıniyada xəmirə maraq o qədər artıb ki, insanlar yaş mayanın qara bazarda satılırmış kimi təsvir ediblər. Çörək və şirniyyat hazırlamaq üçün istifadə edilən un markaları da Əlcəzairin ən çətin tapılan məhsullarından birinə çevrilib.
Argentinada yumurtanın qiyməti yüksəldi
Argentinada “təqib olunan məhsul” adını yumurta tutur. 30 dənəsi 2,35 dollara satılan yumurtanın qiyməti, pandemiyadan sonra eyni miqdarda 3,52 dollara yüksəlib.