Oktyabrın 14-də Avropanın əsas fond indeksləri aşağı düşməkdədir.
FED.az xəbər verir ki, buna səbəb ABŞ-ın iqtisadiyyatı stimullaşdırmaq üçün növbəti paketi hələ də qəbul etməməsi, koronavirusla bağlı ciddi narahatlıqlar və Britaniya ilə Avropa İttifaqı arasında ticarət razılaşmasının hələ də imzalanmamasıdır.
«görünür, ABŞ-da Covid-19-la bağlı növbəti dəstək paketinin qəbul olunmasına hələ çox var»- deyir «CMC Markets»in analitiki Devid Medden.
Onun sözlərinə görə, artıq koronavirusa qarşı bir neçə potensial vaksin uğursuzluqla rastlaşıb, üstəlik, hələ də Britaniya və Avropa Birliyi arasında münasibətlərdə qeyri-müəyyənlik qalır.
Bu gün funt sterlin də «laxlayıb» - çünki dördüncü gün Britaniyanın Avropa ilə Brexsit barədə müqavilə imzalayacağı üçün ayırdığı vaxt bitir. Nəticədə bu gün Frankfurt, London və Parisda səhmlərin ucuzlaşması davam edib.
Koronavirusla bağlı narahatlıqlar da yenidən önə çıxıb: artıq bir neçə ölkə yeni inveksiya sıçrayışları ilə mübarizə aparmaq üçün yeni izolyasiya tədbirlərinə qayıdırlar. Elə bu vaxt iki vaksin üzrə sınaqlar uğursuzluqla başa çatır ki, bu da yaxın vaxtlarda vaksin əldə ediləcəyi ilə bağlı ümidləri alt-üst edir.
Avropa iqtisadiyyatının bərpa olunması ilə bağlı narahatlıqlar son vaxtlar güclənib. Məsələ bundadır ki, Avropada getdikcə daha çox ölkə nəzarət tədbirlərini yenidən gücləndirir.
Məsələn, Niderland elan edib ki, «qismən izolyasiyaya» başlayır. Belə ki, bu ölkədə bütün barlar, kafe və restoranlar azı iki həftə bağlı olacaq. Fransa isə daha sərt məhdudiyətlərə başlayır.
Bununla yanaşı, koronavirus dövründə uğurla işləyən şirkətlər virusdan faydalanmağa, onların səhmləri artmağa başlayıb. Yemək çatdırılması üzrə onlayn servis olan İngiltərə-holland şirkəti «Just Eat Takeaway» bildirib ki, bu ilin 3-cü rübündə (iyul-avqust-sentyabr ayları) onun sifarişləri ötən illə müqayisədə 46% artaraq 151,4 milyona çatıb. Nəticədə «Deliveroo» və «Uber Eats» kimi şirkətlərlə rəqabət aparan şirkətin səhmləri 5,25% artaraq 9 306 pensə yüksəlib.
Təhsil xidmətləri nəşriyyatı olan «Pearson» şirkəti isə bu ilin ilk 9 ayında gəlirlərinin azaldığını elan edib. Amma onun onlayn satışları kəskin artıb. Amma «Pearson»un səhmləri 1,5% azalaraq 561 pensə düşüb.
İnternet geyim mağazası olan «ASOS» elan edib ki, ötən illə müqayisədə vergidən əvvəlki gəlir 4 dəfə artaraq 142,1 milyon funt sterlinq olub (185 milyon dollar və ya 157 milyon avro), satışlar isə 20% yüksəlib. Bununla yanaşı, rentabelliyin aşağı düşməsi nəticəsində şirkətin səhmləri 8,3% azalaraq 4 930 pensə düşüb.
«Hargreaves Lansdown»un analitiki Süzanna Striter bildirir ki, bəzi şirkətlərin onlayn bazarı tutmaq üçün yaxşı imknaları olub.
«Sonuncu açıqlanan nəticələr göstərri ki, onlayn satışlara böyük vəsait yatıran şirkətlər ideal vəziyyətə nail olublar. Onlar pandemiyanın yaratdığı vəziyyətdə rəqəmsal satışlara sürətlə keçə biliblər».
«Qüsursuz onlayn xidmət və reklamlar sayəsində «ASOS», «Just Eat Takeaway» və «Pearson» şirkətləri pandemiya nəticəsində evdən çıxa bilməyən istifadəçilərin geyimli, tox və təhsilli qalmalarına imkan yaradıblar. İndi növbəti vəzifə qarşıdakı ağır iqtisadi qeyri-müəyyənlik şəraitində onlayn satışları daha da artırmaqdır» - analitik bildirir. ( www.bilikli.net )