Fəaliyyət sahəsindən asılı olmayaraq hər bir müəssisədə işçi personalı rəhbərlik tərəfindən mütəmadi olaraq edilməlidir.
İşçinin illərcə eyni vəzifədə stabil əmək haqqı ilə çalışması zamanla vəzifə öhtəliklərinə , iş keyfiyyətinə mənfi təsir göstərə bilər.Bu vəziyyətin mövcudluğu qaçılmazdır və səbəbi emosional olaraq motivasiyadan düşməsidir.
İnsanın əsas emosional ehtiyacları sırasına daxil olan özünə qarşı diqqət və dəyərlilik hissidir.Bu hisləri duymayan işçi zamanla gərəksizləşdiyini düşünə bilər.bu isə hiss edilmədən onun perspektivliliyini , iş keyfiyyətini zəiflədər.Rəhbərlik tərəfindən kollektivə qarşı emosional motivasiya – dəyər və diqqət hissini göstərmək işçilər üçün güclü stimul ola bilər.
Eləcə də bax: Home Business-nədir , necə etməli ?
Demək olar ki hər bir kəs zamanla yaradıcılığını və şəxsi ambisialarını reallaşdırmağa can atır.Bu isə stabil işdə normal məvaciblə işləyən bir işçinin müəyyən vaxtdan sonra işdən soyumağına və işin maraqsızlaşmasına səbəb ola bilər.
Zaman zaman işçi heyyəti emosional boşluq , emosional yorğunluq hiss etməyə başlayır.Hətta ən perspekyivli işçilər belə işə qarşı etinasızlıq edə bilər.Belə halların baş verməməsi üçün rəhbərlik mütəmadi olaraq işçilərini cəhdlərinə və keyfiyyətlə görülən işlərə görə emosional motivasiya etməlidir.İşçilər gördükləri işlərə rəhbərlik tərəfindən nəzarət edildiyini bilməli , işinin keyfiyyətinə görə qürür hissi keçirməli , rəhbərlik üçün dəyərli əməkdaş olduğunu hiss etməlidir.
İşçilərin sosial-psixoloji vəziyyətindən xəbərdar olan , kollektivdə emosional motivasiyanı yüksək tutan rəhbər işçilərin hər gün işə həvəslə gəldiyindən əmindir.
e-g.az