Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin üzvlərini qəbul edib.
FED.AZ xəbər verir ki, ilk olaraq ATİB İdarə Heyətinin tərkibi haqqında məlumat verən sədr Mürsəl Rüstəmov ATİB və KOBİA arasında bugünədək formalaşmış davamlı və səmərəli əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib, qəbula görə KOBİA İdarə Heyətinin sədrinə təşəkkürünü bildirib.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də ortaq investisiya təşəbbüslərinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən qurumların təşəbbüslərini daim dəstəklədiyini qeyd edib. Orxan Məmmədov bu dəstəyin davamlılığının eyni zamanda dövlət-özəl dialoqunun inkişafına da töhfə verəcəyinə inamını ifadə edib.
Görüş çərçivəsində həmçinin ATİB və KOBİA arasında gələcək tərəfdaşlıq istiqamətləri, o cümlədən kiçik və orta biznes (KOB) subyektləri üçün ortaq təşəbbüslərin həyata keçirilməsi sahəsində perspektiv birgə fəaliyyət imkanları müzakirə olunub.
Sonda ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmova KOBİA adından xatirə hədiyyəsi təqdim olunub.






![KOBİA sədri ilə ATİB İdarə Heyətinin üzvləri arasında görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2249796.jpg)
![KOBİA sədri ilə ATİB İdarə Heyətinin üzvləri arasında görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1817638.jpg)
![KOBİA sədri ilə ATİB İdarə Heyətinin üzvləri arasında görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/143938.jpg)
![KOBİA sədri ilə ATİB İdarə Heyətinin üzvləri arasında görüş keçirilib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3127888.jpg)








