"Kliniki Tibbi Mərkəz" Publik Hüquqi Şəxsi (VÖEN – 1400727591) 2026-cı il üzrə müxtəlif xidmətlərin satın alınması məqsədilə ümumi dəyəri 376 min 348 manat olan 3 açıq tender elan edir.
FED.az xəbər verir ki, satınalmalar aşağıdakı kimidir:
-
Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi: Ehtimal olunan qiymət 297 min 908 manat təşkil edir. İştirak haqqı 350 manatdır.
-
Liftlərin ehtiyat hissələrinin yenisi ilə əvəz olunması və servis xidməti: Ehtimal olunan qiymət 40 min 739 manat təşkil edir. İştirak haqqı 81 manatdır.
-
Generatorların ehtiyat hissələrinin yenisi ilə əvəz olunması və servis xidməti: Ehtimal olunan qiymət 37 min 701 manat təşkil edir. İştirak haqqı 75 manatdır.
Tenderlər 26 dekabr 2025-ci il tarixində dərc edilib.
Bütün tenderlər üzrə təkliflərin son təqdim olunma vaxtı 22 yanvar 2026-cı il, saat 18:00-dır. Zərflərin açılışı həmin tarixdə, saat 18:00-da keçiriləcək.
İstifadə haqqı hər bir tender üçün 25 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər.
Əlaqələndirici şəxs: Elmar Qurbanlı - Satınalma şöbəsinin müdiri
[email protected]
+994 50 415 51 51
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 22 yanvar 2026-cı il, saat 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 1 ünvanına təqdim edə bilərlər.











