Kanada hökuməti dünyanın hər yerindən istedadlı sahibkarları və startapları ölkəyə dəvət edir.
Azərbaycanda ilk dəfə: Yeni startap - «Metafluence» platformasına - $3 MİLYON İNVESTİSİYA YATIRILIB
FED.az xəbər verir ki, «Start-up Visa» (SUV) proqramı Kanada da innovasiyalı biznes qurmaq istəyənlər üçün nəzərdə tutulub. Proqramda stapt kapitalının və konsultasiyaların əldə edilməsi üçün fərqli variantlar nəzərdə tutulur, buraya biznes mələklər, vençur fondlar və biznes inkubatorlar aiddir. Startapçı özünə tərəfdaşı göstərilən siyahıdan seçə bilər.
Qaydalara görə, Kanadada startapla məşğul olmaq istəçyən şəxsin buraya öz vəsaitin yatırması şərt deyil – yatırımı onun müəyyən etdiyi təşkilat da yatıra bilər. Amma startap vizası almaq istəyən bütün şəxslər yeni yaradılan biznes layihəsində paya malik olmalıdırlar.
Bundan başqa, layihənin təsdiqlənməsi daha asan olacaq, əgər sahibkarın təkcə ideyası deyil, həm də onu reallaşdırmaq üçün vəsaiti varsa.
Tələblər belədir:
1) Layihəyə razılıq almaq və vəsait cəlb etmək
a. Verçur fonddan CAD 200 000 və daha artıq vəsait cəlb etmək
b. Biznes mələkdən CAD 75 000 və daha artıq vəsait cəlb etmək,
c. Biznes inkubatora düşmək
2) Layihə özü innovasiyalı olmalı və həyat qabiliyyəti ilə bağlı minimum tələblərə cavab verməlidir.
3) Layihəni təqdim edən şəxs ingilis və ya fransız dilini yaxşı bilməlidir (Kanadanın CLB şkalası üzrə 5 baldan aşağı olmayaraq)
4) Layihənin sahibi (yəni startapla Kanadaya köçmək istəyən şəxs) biznes gəlir gətirənədək özünü saxlamaq imkanına malik olmalıdır. Bunun üçün Əsas şəxs in gəliri CAD 25 338, ondan əlavə ailənin hər bir üzvünə düşən gəlir isə CAD 6 800 olmalıdır.
Proqramın üstünlükləri:
• 3 ildən (1095 gündən) sonra Kanada vətəndaşlığı, əvvəlki vətəndaşlıqdan imtina etmək tələbi yoxdur.
• Startap uğursuz olsa, Kanada da daimi yaşamaq hüququ itirilmir (bir şərtlə ki, son 5 ildə Kanada da azı 730 gün yaşamış olsun)
• Kanada da bütün ailə ilə yaşamaq və işləmək imkanı.
• Müraciətə daha tez baxılması imkanı - 12-16 ay..
• İlkin investisiya olmadan ölkəyə dəliş imkanı.
• Bir layihəyə tərəfdaş kimi 5 nəfəri cəlb etmək imkanı.