2026-cı il tarixində, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-də səhmdarların Növbəti Ümumi Yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri protalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 82 ünvanında baş tutacaq.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. Cəmiyyətin 2025-ci il üzrə illik hesabatının təsdiq edilməsi;
2. Cəmiyyətin 2025-ci il üzrə əldə edilən xalis mənfəətinin bir hissəsi hesabına dividendin ödənilməsi.
Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim olunmalıdır.
Səhmdar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla yuxarıda qeyd olunan ünvanda tanış ola bilər.











